Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycanla sərhəddə rus qoşunlarının yerləşdirilməsi planı Yerevanda etirazla qarşılandı

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsini ölkənin şərqində, yəni Zəngəzurda, Azərbaycanın QubadlıZəngilan rayonları ilə həmsərhəd bölgədə yerləşdirmək planları Yerevanda etirazla qarşılanıb. Virtualaz.org xəbər verir ki, politoloq Stepan Qriqoryan bunu “Ermənistanın suverenliyini məhdudlaşdıracaq addım” kimi dəyərləndirib.

102-ci bazanın genişləndirilməsi və onun bölmələrinin bir qismini Ermənistanın şərq sərhədlərinə yerləşdirilməsi barədə müzakirələrin getdiyi haqda müdafiə naziri Vaqarşak Arutyunyan “RİA Novosti”-yə müsahibəsində demişdi.

Politoloq Qriqoryan isə hesab edir ki, Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsinin yerinin dəyişdirilməsi zamanı şərtlərin dəqiqləşdirilməsi mühümdür. Lakin narahatlıq var ki, bu proseslər Ermənistanın suverenliyindən güzəştə gedilməsinə gətirib çıxaracaq.

Rusiya müharibə vaxtı bizə kömək elədi? Eləmədi, siz bilirsiniz. Deməli nazirin öz mövqeyini bildirmək haqqı var, amma erməni xalqının suverenliyinə, dövlətçiliyinə aid məsələləri bir və ya beş nəfər həll edə bilməz”,-Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bildirib.

Politoloq əlavə edib ki, 102-ci baza haqda mövcud müqavilə qoşunların yerləşdirilməsinin şərtlərini dəqiq müəyyən edir və onların dəyişdirilməsi üçün yeni müqavilə lazımdır. Belə müqavilə isə parlamentin müzakirəsinə təsdiq edilməli, Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.

“Bilirsiniz ki, Rusiya hərbi bazası Ermənistanda üç yerdə yerləşib: əsas hissəsi Gümrüdə, qərargahı Yerevanda, təyyarələri isə Erebuni aeroportunda. Əgər dəyişiklik edilirsə və Rusiya qoşunları həm də Sünikdə yerləşdirilməlidirsə o zaman müqavilədə belə bənd olmalıdır. Onlar bu müqaviləni nə vaxt imzalamağı planlaşdırırlar, bu müqavilə ictimaiyyətə təqdim olunacaq ya yox? Çoxlu suallar var. Rusiya qoşunlarının bizə sərfəli olduğu haqda ideyaya gəldikdə isə biz müharibə vaxtı baş verənlərə baxmalıyıq. Azərbaycan məsələn, Vardenisə də zərbə endirdi, lakin Rusiya bizə kömək etmədi”,-Stepan Qriqoryan bildirib.

pia.az

 


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

Rayonlara giriş-çıxış bağlana bilər - Açıqlama

Ən çox oxunanalar