İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 59 572 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 8 263 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 582 275 nəfərə çatıb. Virus daşıyıcılarından 3 685 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 351 390 nəfər koronavirusdan sağalıb.
pia.az