Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədovun keçmiş kürəkəni London meri vəzifəsinə namizəd oldu

May ayında Britaniya paytaxtının sakinləri London Məclisinin üzvlərini və şəhərin bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir.

Onun namizədliyini 2017-ci ildə yaradılmış "Renew" mərkəzçi partiyası irəli sürüb.

Cambridge və London iqtisadiyyat və siyasi elmlər məktəbinin məzunu olan 39 yaşlı hüquqşünas seçkilərdə çox ciddi namizədlərlə qarşı-qarşıya gəldiyini deyir. Belə ki, ənənəvi olaraq, London iki iri partiyanın - Leyboristlərlə Mühafizəkarların siyasi rəqabət səhnəsinə çevrilir.

Hazırda şəhərə Leyboristlərin nümayəndəsi Sadiq Khan rəhbərlik edir. O, bu vəzifədə hazırkı Baş nazir, Mühafizəkarlar Partiyasının lideri Boris Johnson-u əvəzləyib.

"Britaniyada çox vaxt seçicilər şəxsiyyətə yox, partiyaya səs verirlər. Hətta bəzən namizədin kim olduğunu bilməsələr də, öz partiyalarının nümayəndəsini dəstəkləyirlər," - Kamran Balayev BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, çox sayda tərəfdarı olan aparıcı partiyalar üzərində qələbə qazanmaq olduqca çətindir.

"Şansımız aşağıdır, amma təbii ki, udmaq istəyirik" - Kamran Balayev deyir.

Ancaq o, qələbə qazanmağın yeganə məqsəd olmadığını deyir: "Hesab edirəm ki, platformamız seçicilər üçün maraqlıdır. Digər partiyalar görəndə ki, belə proqramımız var, onu mənimsəyib, tətbiq edə bilərlər. Bu cəmiyyət üçün faydalı olan bir şeydir".

Londonda bələdiyyə seçkiləri ötən il keçirilməli idi. Lakin 2020-ci ilin mart ayında koronovirus pandemiyasına görə səsvermə bir il müddətinə təxirə salındı. Bu məqama diqqət yetirən Kamran Balayev deyir ki, şəhərin "innovasiyaya" ehtiyacı var və əgər səsvermə rəqəmsal olsaydı, bəlkə də onu Covid-19-dan təhlükəsiz şəraitdə keçirmək mümkün olardı.

"Seçki prosesi köhnəlib, o, hələ də kağız üzərində gedir. Pandemiyaya görə, köhnə üsullara görə, seçkilər təxirə salındı".

Kamran Balayev Avropa Şurası, BMT, ATƏT, İnterpol, Avropa İnsan Haqları Məhkəməsi kimi beynəlxalq qurum və təşkilatlarla işgüzar əlaqədə olduğunu, bu sahədə geniş təcrübə topladığını deyir. Cənab Balayev Britaniya paytaxtı kimi, qlobal problemlərlə üzləşən şəhərdə, belə təcrübənin ona "üstünlük verdiyini" hesab edir.

Kamran Balayev "300-yə yaxın dildə" danışan Londona tələbə illərində gəldiyini yadına salır. "Ölkəmlə fəxr edirəm," - deyən hüquqşünas Azərbaycanla daima "əlaqədə olsa da", həyatının hazırkı mərhələsinin Britaniya ilə bağlı olduğunu vurğulayır.

"Fiziki cəhətdən harada olmağın əvvəlki kimi vacib deyil, - cənab Balayev deyir. - 20 il bundan əvvəl coğrafi məkan çox vacib idi. Amma indi hər şey rəqəmsal oldu. Hər şey qlobaldır, virtualdır".

London bələdiyyə seçkilərində səs vermək üçün 6 milyondan çox seçici qeydiyyatdan keçib. Səsvermə 6 mayda keçirilməlidir. Sonuncu seçkilər 2016-ci ildə baş tutub. 

Qeyd: K.Balayev Azərbaycanın sabiq spikeri Oqtay Əsədovun keçmiş kürəkənidir.(BBC News Azərbaycanca)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar