Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Yakov Kedmi erməni revanşistlər barədə: “Onlar erməni xalqının xainləridir...”

İsrailli analitik, dövlət xadimi, diplomat, 1992-1999-cu illərdə “Nativ” xidmətinin rəhbəri Yakov Kedmi Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra qisasla bağlı xəbərlərin yayılması məsələsinə aydınlıq gətirib.

O, Media.Az-a müsahibəsində deyib ki, nə barədə istəyirlər, nə qədər istəyirlər danışsınlar:

“Əsas məsələ ondan ibarətdir ki, hazırda ağız dolusu danışan siyasi liderlər vəziyyəti nə dərəcədə düzgün qiymətləndirirlər, ErmənistanAzərbaycan silahlı qüvvələrinin hansı səviyyədə olduğunu anlayırlarmı?”

“Tarixdə Ermənistan ordusunun döyüş qabiliyyətinin yanlış qiymətləndirilməsinin fəlakətlə nəticələnməsini görmüşük. Gəlin, keçən əsrin əvvəllərini, 1918-1920-ci illər hadisələrini xatırlayaq. Türkiyə Ermənistana müharibə elan etməmişdi, əksinə tamamilə ağlını və sağlam düşüncələrini itirən erməni liderləri uğur qazanmaq üçün heç bir şansları olmaya-olmaya rəsmi olaraq Türkiyəyə qarşı müharibə elan etdilər”, - deyə israilli analitik bildirib.

Diplomat qeyd edib ki, Azərbaycandan intiqam almaqla bağlı hay-küy salan hazırkı Ermənistan rəhbərləri yüz il əvvəlki liderlərdən heç fərqlənmirlər:

“100 il əvvəl Vladimir Lenin və sovet rejimi Ermənistanın köməyinə gəldi. İndi dünya fərqlidir, ona görə də (İrəvanda - red.) onların belə davranmağı ölkələrinin taleyi ilə oynamaqdır”.

Kedmi Ermənistanın Azərbaycan ordusuna qalib gələcək gücdə olmadığını vurğulayıb:

“İntiqam almaq üçün bir neçə il ordunun yenidən təşkil olunmasına, hərbi hissələrin yenidən silahlanmasına, bütün səviyyələrdə hərbi hissələrin yenidən qurulmasına külli miqdarda vəsait xərclənməlidir. Ancaq bu vəziyyətdə belə, Ermənistan ordusunun Azərbaycan ordusuna nəinki qalib gələcəyinə, hətta müqavimət göstərə biləcəyinə də əmin deyiləm”.

O, Rusiya ilə Türkiyəni sövdələşməkdə günahlandıran erməni revanşistləri öz dövlətlərinin xaini adlandırıb:

“Onlar ya tamam axmaqdırlar, ya da erməni xalqının və dövlətinin xainləridirlər. Bunu demək üçün gərək kor və kar olasan. Bir dəfə belə insanlar, artıq dediyim kimi, Ermənistanı fəlakətə sürüklədilər. Yenə bunu istəyirlər?”.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

Rayonlara giriş-çıxış bağlana bilər - Açıqlama

Ən çox oxunanalar