Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Asiya Aİ-yə üz tutub, bəs Rusiyadan qorxmurlar?..

Doğrusu, dəfələrlə oxumuşduq ki, Avropa İttifaqının (Aİ) strateqləri Mərkəzi Asiya ilə əməkdaşlığı nəzərdə tutan layihələr üzərində işləyir, amma bunun belə tezliklə baş verəcəyini düşünmürdük.

Ötən gün oxuduq ki, artıq Aİ ilə Özbəkistan arasındakı danışıqların yeddinci raundu gedir. Tərəflər “Genişləndirilmiş əməkdaşlıq və tərəfdaşlıq haqda saziş”, Özbəkistanla İttifaq ölkələri arasında viza rejimin sadələşdirilməsi məsələləri üzərində işləyirlər.

Məlum olduğu kimi, Aİ və yaxud da NATO haqda söhbət gedəndə dərhal yada Rusiya amili düşür və dərhal da sual yaranır: Ruslar buna imkan verərmi?
Belə götürəndə əbəttə ki, imkan verməzlər. Amma məsələ bundadır ki, bəzi ölkələr daim özlərinə belə sual verməklə, digərləri isə əməldə onları dəf etməklə məşğul olurlar.

Mərkəzi Asiya ölkələri əsasən despotik dövlətlərdir. Əslində onlar Rusiya amilinə sırf geosiyasi mənada yox, başqa səbəbdən həssasdırlar və əgər bu ölkələr nəsə edirlərsə, bunu təkcə öna görə etmirlər ki, yalnız geosiyasi mənada rus amilindən ehtiyatlanırlar, yox, onlar bundan həm də öz rejimləri üçün təhlükə hiss edirlər.

Xatırlayırıq ki, vaxtilə nəşriyyatların biri bizə MDB-nin sənədlər toplusunu hazırlamağı tapşırmışdı. O vaxt diqqətimizi belə detal cəlb etmişdi ki, məsələn, Türkmənistan faktiki olaraq MDB-nin heç bir sənədinə imza atmayıb, çünki biz bu ölkənin təmsilçisinin imzasını demək olar ki, heç bir sənədin altında görmədik.

Odur ki, hər dəfə özümüzdən soruşarkən ki, Mərkəzi Asiya ölkələrini Rusiya orbitində nə saxlayır, biz buna birmənalı cavab veiririk: Əlbəttə, coğrafiya və bir də despotik rejimlərin maraqları.

Amma Aİ ilə əlaqələr təkcə ticari-iqtisadi məzmun kəsb etmir, baxmayaraq ki, bu heç də az önəm kəsb edən məsələ deyil, özü də təkcə Mərkəzi Asiya ölkələri üçün yox, həm də bizim üçün. Bu əlaqələr eləcə də geosiyasi və geoiqtisadi məzmun daşıyır.

Burada xüsusilə onu qeyd edək ki, bizim də kənd təsərrüfatı məhsullarımız əsasən Rusiya bazarlarına ünvanlanıb və elə bir il olmur ki, Rusiya tərəfi bu xüsusda bir fokus çıxarmasın, hansısa bəhanə ilə bizim məhsulların idxalını çətinləşdirməsin.

Əlbəttə, Avropanın da bazarlarının tələbləri çox ciddidir, amma Gürcüstan, Moldova və Ukrayna artıq bu tələbləri dəf etməyi öyrənirlər, biz isə həmişə olduğu kimi burada da gecikirik…

Məsələnin geosiyasi seqmentinə gəldikdə isə, onları da dəf etməyi öyrənmək lazımdır, çünki əks təqdirdə nə gəlirimiz olacaq, nə də inkişaf edə biləcəyik.
Məsələn, Özbəkistan bu müstəvidəki gərginliyi dəf etmək üçün Rusiyanın Avrasiya İttifaqı ilə də əlaqələr qurur, hərçənd ki, sonuncu təşkilat sırf deklarativ məzmun kəsb edir və bu bir neçə ildə biz onun hansısa bir layihəsi haqda nəsə eşitməmişik.

Bir az yuxarıda qeyd etdik ki, Mərkəzi Asiya ölkələrinin daha bir problemi var: coğrafiya. Amma zaman keçdikcə bu problem də öz həll müstəvisini tapacaq, çünki getdikcə məsafələr qısalır, məhsulların və xidmətlərin yerdəyişmə azadlıqları genişlənir və təmin olunur. Bu mənada Mərkəzi Asiya ölkələri də istisna deyil. Uzaq Şərq ölkələri çox yüksək iqtisadi göstəricilər nümayiş etdirir və planetin xəritəsində yeni iqtisadi inkişaf regionu meydana çıxır. Odur ki, bu regionda Rusiyanın rəqibi yalnız Aİ deyil, bura Çini, Cənubi Koreyanı və hətta Yaponiyanı da əlavə etmək lazımdır.

Rusiya amilinə gəldikdə isə, əlbəttə, Kremldə narazı olacaqlar. Amma buna diqqət etməyə dəyərmi? Rusiyanın səyləri daha çox keçmiş sovet ölkələrinin inkişafını ləngitməyə yönəlib ki, onları öz orbitində saxlaya bilsin. Amma bu ölkələr Kremlin diqtəsilə hərəkət etsələr, inkişaf etmiş dünyadan geri qalcaq və Rusiyanın ardınca sürünməkdə davam edəcəklər. Mərkəzi Asiya ölkələri bunun fərqindədir, fəgət, onlar da öz avtoritar rejimlərinin yükündən azad ola bilmirlər, əsk təqdirdə daha çox inkişaf edə və daha uzağa gedə bilərdilər…(Qaynarinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar