Bu gün illərdir davam edən həsrət hissinin fəxrlə əvəzlənməsinin 100-cü günüdür. Tarixi zəfərimizdən, 10 noyabrdan 100 gün keçir.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. O gündən xalqımız hər səhəri qürurla, sevinclə açır.
Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətnliyini, mübarizliyini nümayiş etdirdi. Xalq olaraq bu şanlı yolda bir an olsun yorulmadıq. Daim ordumuzun arxasında dayandıq. Ön və arxa cəbhədə savaşmaqdan bezmədik, usanmadıq, "bir ölər min dirilərik" misrasının haqqını layiqincə verdik.
Millət vəkili Hikmət Babaoğlu bildirib ki, 100 günlük müddət ərzində Azərbaycan xalqı tarixən layiq olduğu qələbəni yaşadı.
Daha ətraflı Baku TV-nin süjetində:
pia.az