Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

 “İstintaq vahid qurumda birləşdirilməlidir” - Deputat

Azərbaycanda vahid istintaq orqanının yaradılması bəlkə də dövlət üçün ən zəruri məsələdir. Bu, istintaq işinin keyfiyyətcə kökündən dəyişməsi, qurumlar arasında ziddiyyətə və nüfuz savaşına son qoymaq demək olardı”.

Novator.az-a açıqlamasında Milli Məclisin üzvü, hüquqşünas Fazil Mustafa belə deyib.

Ölkədə 8 orqan istintaq aparır: prokurorluqla yanaşı Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Vergi Xidməti qurumlarına belə səlahiyyət verilib. Bütün qurumlarda istintaqa nəzarəti Baş Prokurorluq həyata keçirir.

Novator.az-a mövzu ilə əlaqədar danışan hüquqşünas, sabiq prokurorluq və ədliyyə əməkdaşı Ənnağı Hacıbəyli deyib ki, istintaqın belə parçalanması onun keyfiyyətinin aşağı düşməsinə, qeyri-professionallığa və idarə mənafeyinin hüquq və azadlıqların təmin olunmasından üstün tutulmasına səbəb olur:

Rusiya və başqa ölkələrin təcrübəsində istintaqın bir əldə cəmləşməsi praktikası var. Bu, gerçək prokuror nəzarəti şəraitində istintaqın parçalanmasından doğan problemlərin aradan qaldırılmasına imkan verir. Məncə, Azərbaycanda da belə bir islahat tədbirinin vaxtı çoxdan çatıb”.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı - Yenilənib

YAP İdarə Heyətinin yeni üzvləri - Tam siyahı, Yenilənib

“Hələ sazişi xilas etmək mümkündür” - Lavrov

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

YAP-ın qurultayı başa çatıb - 40 nəfərlik İdarə Heyəti seçilib - Yenilənib

YAP-dakı vəzifələrini itirən icra başçıları

YAP-da Əli Əhmədovu əvəzləyən Tahir Budaqov kimdir? - Dosye

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Ən çox oxunanalar