Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MKİ, Pentaqon və FETO-nun narkotik üçbucağı...

Əfqanıstan-Qırğızıstan-Türkiyə narkotik xəttinə FETO nəzarət edirdi...

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 8 fevral 2021-ci il

Tramp dövründə olduğu kimi, ABŞ-ın yeni prezidenti Baydenin hakimiyyət dövründə də MKİ, Pentaqon və FETO ortaqlığının ABŞ Konqresində Türkiyəyə qarşı düşmən fəaliyyətləri davam edə bilər. ABŞ Konqresini təşkil edən Senatda və Nümayəndələr Palatasında Türkiyənin dostları olduqca azdır. FETO-çuların Türkiyə əleyhinə lobbi ilə əməkdaşlıq və fəaliyyətlərini nəzərə alındıqda bu da normal haldır.

ABŞ, Pentaqon və “Gladio-B” arasındakı münasibətlərin hədsiz dərəcədə artması bu güclər arasındakı əlaqənin daha da gücləndiyindən xəbər verir. Amerika kəşfiyyat vahidləri ilə Gladio-B arasındakı gizli əlaqələr Mərkəzi Asiyada, Uzaq Şərqdə və Yaxın Şərqdə Amerikanın maraqlarını ən yüksək səviyyədə qorumaq üçün formalaşmağa davam edir. Baydenin artan hegemon gücü ilə dünyanın yeni polisi olmaq hədəfinin nə dərəcə doğru olduğunu bilmirik. Amma bu üçlük arasındakı gizli və qeyri-qanuni münasibətlərin Yeni Dünya Nizamı çərçivəsində yeni silahlar və layihələrlə qat-qat artacağı, Baydenin də “Qeyri-rəsmi Nizamı Ordu Qitələrini” açıq şəkildə aktivləşdirəcəyi başa düşülür. Dünyaya sülh gətirməkdən çox-çox uzaq olan Bayden ortalığı qarışdıracağı barədə mesaj verir

20 yanvardan əvvəl dünya tarixində ilk dəfə ABŞ Konqresinə Trampçı xalq və əsgərlər tərəfindən basqın edildi. ABŞ-ın Milli Qvardiya adlanan minlərlə xüsusi təlim keçmiş hərbi birləşməsi isə Konqres basqınının qarşısını ala bilmədi. Üsyançıların Konqresə girməsinin qarşısını almaqla yanaşı, bu əsgərlərin ciddi bir hissəsi üsyançılarla birlikdə hərəkət etdilər. Üstəlik, ABŞ-da hadisələr indi də davam edir. Hələ də vətəndaş müharibəsi təhlükəsi var. Sosial mediada təxminən 40 min amerikalının yeni avtomatik silah aldığı barədə məlumatlar əks olunub.

MKİ, Pentaqon və Qlobal Sərmayə tərəfindən dəstəklənən FETO lideri Gülən və əsgərləri Türkiyədəki məktəblər və “mədrəsələr” vasitəsilə bütün Mərkəzi Asiyaya yayıldı. MKİ, Pentaqon və NATO Mərkəzi Asiyada Əfqanıstandan üzərindən keçərək yeni bir heroin laboratoriyası qurdu və tranzit yolları yaratdı. Hər yerdə məktəbləri olan belə bir “dini” hərəkat heroin ticarəti üçün mükəmməl pərdələmə rolu oynaya bilərdi. FETO qruplaşması NATO-nun gizli orduları vəzifəsini daşıyan MKİ Pentaqon və Qlobal Kapital qruplarının dəstəyi ilə Avropada bir muzey açıb, konfranslar keçirib, Avropa Parlamentində çıxışlar edib. Bütün bunlar FETO-nun NATO əsgəri mövqeyindən təşkilatın lehinə ciddi şəkildə istifadə etdiyinə işarə edir. ABŞNATO bəzi Avropa ölkələri də yığıncaqlar və dini örtüklə bu terror təşkilatına qol-qanad verərək arxasındakı gücün dəstəyini ortaya qoydular.

MKİ və FETO-nun rəhbəri Gülən arasında əlaqələri sorğulamağa icazə yox imiş

Mərkəzi Kəşfiyyat İdarəsinin Gülənlə əlaqələrindən şübhələnən hər kəsin verməli olduğu sual budur ki, Gülən ABŞ-da daimi yaşamaq üçün müraciət edərkən bunu kim dəstəklədi? Təbii ki, MKİ üzvü Qraham Füller, Türkiyədəki keçmiş səfir Morton Abramovits və Mark Qrosmen. İndi isə ABŞ-da türk lobbisini kimin idarə etdiyinə baxın. MKİ direktoru Porter Qos da Gülən üçün işləyir. Yəni Gülənlə MKİ arasındakı əlaqəni şübhə altına almaq mümkün deyil.

Narkotik pulu Gülənə gedir

Mərkəzi Kəşfiyyat İdarəsi dünyada narkotik ticarəti ilə pulu istədiyi ölkələrə yönəldə bilər. Bu şəkildə o ölkələrə nəzarət edir və çevrilişlər planlaşdırır. Bütün pullar da narkotik ticarətindən gəlir. Gülən də bunun bir hissəsidir və MKİ bu cahil insanı “peyğəmbər” kimi təqdim edirdi. Gülən 50 milyard dollarlıq maliyyə mənbələrini təmin edir. Bu hələ məhkəmə sənədlərində göstərilən məbləğdir. Bu 50 milyard dollar iş bacarığı və ya təhsil təcrübəsi ilə əlaqəli deyil. Özü 3-cü sinfə qədər oxuyub və hətta ingilis dilində danışa bilmir. Lakin pulunun hamısı MKİ-dən gəlib. Bu şəkildə Türkiyədə bir qəzet, televiziya kanalı aldı və öz şirkətlərini qura bildi. Bu, MKİ-nin pulu idi.

Türkiyədə 15 İyuldan sonra FETO-nun narkotik fəaliyyətləri üzə çıxdı

Türkiyədə hər iki dövrdə də fahişəlik, qumar və qaçaqmalçılıqdan böyük pul qazanırdı. FETO-nun narkotik ticarətində ciddi bir paya sahib olduğu barədə məlumatlar da var. Ancaq 15 İyul çevriliş cəhdindən əvvəl təhlükəsizlik və məhkəmə sisteminə nəzarət edən FETO bu cinayətlərin ifşa olunmasının qarşısını ala bilmişdi. 15 İyuldan sonra FETO polis və məhkəmə orqanlarından təmizləndikdə və kritik adlar həbs edildikdə fəaliyyətlərini dayandırdılar. Türkiyənin ən böyük narkotik əməliyyatı “Bataqlıq”da FETO yenidən gündəmə gəldi.

Bu kritik əməliyyatda ortaya çıxdı ki, FETO ilə əlaqəli şəxslərin çoxu ciddi vəzifələrdə çalışırlar və bununla da, “narkotik-FETO münasibəti” yenidən gündəmə gəldi. FETO-nun gəliri xidmət sektoru kimi elan olunsa da, gəlirinin əsas mənbəyi qanunsuz ticarətdir. Bu işləri də polis idarələri və məhkəmədəki hakimiyyəti ilə pərdələdi. Qumarxanalar və fahişə evləri polisdəki FETO-çular vasitəsilə təşkil edilib. Narkotik isə çox gizli saxlanıldı. Kritik anlarda araya girib üstünü bağladılar. Bu məsələyə həmişə ən gizli iş kimi yanaşırlar. Əfqanıstan-Qırğızıstan-Türkiyə narkotik xəttinə FETO nəzarət edirdi.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar