Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ingiloy icması

Azərbaycan haqqında niyə danışmaq lazımdır? Fransanın “qapazaltı” mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində Ermənistanı təşviq edirdi. Amma reallığı bilmək lazımdır.

Dünyəvi, çoxmədəniyyətli, çoxkonfessiyalı Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Bu və sonrakı məqalələrimizdə Azərbaycanda yaşayan müxtəlif icmalardan bəhs edəcəyik. Bu dəfə Azərbaycandakı ingiloy icmasına nəzər salacağıq. Müsahibimiz icmanın rəhbəri Sevinc Bulacovadır.

- İngiloylar kimlərdir?

- İngiloylar Qafqaz Albaniyasının qədim türk tayfalarından biri olan Gel qəbiləsinin varisləridir. Orta əsrlərin müxtəlif dövrlərində Gürcüstanın bir hissəsi olmuş gellər gürcü dilinin ingiloy dialektini qəbul ediblər. İki min il əvvəl Azərbaycanın şimal-qərb rayonları olan Qax, ZaqatalaBalakəndə məskunlaşıblar. Onlar elmi ədəbiyyatda ingiloylar kimi XVII əsrdən başlayaraq tanınıblar.

İngiloyların əksəriyyəti müsəlman, bir hissəsisə xristiandır. Bununla belə, onların arasında sıx əlaqə var. Xristian ingiloylar daha çox Qax rayonunda məskunlaşıblar. Onlar tez-tez ərazidə olan kilsələrə gedirlər. Müsəlman ingiloylara gəlincə, onlar məscidlərdə bölgədəki digər müsəlman xalqlarla birgə ibadət edirlər.

İngiloylar: dövlət tərəfindən dəstəklənən azlıq

Azərbaycanda bütün azlıqların istədikləri dildə təhsil alması üçün şərait yaradılıb. İngiloyların yaşadığı Qax, ZaqatalaBalakən rayonlarında 6 məktəbdə dərslər gürcü dilində, 4-də Azərbaycan və gürcü dillərində, 2-də isə Azərbaycan, gürcü və rus dillərində aparılır. Bu məktəblərdə həm ingiloylar, həm də digər etnik xalqların uşaqları təhsil alır.

Bir sözlə, azlıqların dil, tarix və mədəniyyətinin öyrənilməsi Avropa Təhsil Xartiyasının prinsiplərinə riayət edən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə təşviq olunur.

Azərbaycan dövləti ingiloyların milli adət-ənənələrinin qorunması üçün də bir sıra proqramlar həyata keçirir. Qeyd olunan üç rayonda ingiloyların, o cümlədən digər azlıqların mədəniyyətinin, adət-ənənələrinin nümayişi məqsədi ilə çoxsaylı tədbirlər təşkil olunur: il boyu konsertlər keçirilir, xor, rəqs və folklor qrupları çıxış edir.

Azərbaycanın Şəki rayonunda hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında bir sıra ölkələrdən folklore qrupları çıxış edir. Festivala əlbəttə ki, Azərbaycanda yaşayan müxtəlif azlıqlar, o cümlədən ingiloyların folklor qrupları qatılır.

İngiloylar Azərbaycandakı müxtəlif xalqlarla sülh və əmin-amanlıq içərisində yaşayır. Onların arasında möhkəm və davamlı bağlar var. Bu isə Azərbaycanı ayrı tam fərqli dövlətə çevirir: dövlət öz vətəndaşlarının yanındadır. Nə qədər qəribə olsa da, məhz bu amil dildə demokrat olan bəzi hökumətləri qıcıqlandırır.

Azərbaycan xalqının ümummilli lideri, sabiq prezident Heydər Əliyev milli azlıqlarla görüşlərində deyirdi ki, “Azərbaycan haqqında danışarkən onun zənginliyini, gözəl təbiətini düşünürük. Amma eyni zamanda, onun əsas sərvəti əsrlər boyu bu torpaqda yaşamış, taleyini bu torpağa bağlayan müxtəlif millətlərin və dinlərin nümayəndələridir. Bir ölkə nə qədər çox insanı birləşdirirsə, o qədər zəngindir. Siz Azərbaycan xalqının nümayəndələrisiniz”.

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də xalqın ayrılmaz hissəsi olan azlıqların hüquqlarının müdafiəsi siyasətini davam etdirir.

Biz ingiloylarıq. Biz Azərbaycan vətəndaşlarıyıq və bununla fəxr edirik.

MUSULMANS EN FRANCE, Fransa 04.02.2021

Müəllif: Aytən Muradova

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar