Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artıq münaqişələr İstanbulda və ya Qahirədə deyil, Paris və Nyu-York küçələrində baş verəcək...

Dünya həyəcanla və heyrətlə ABŞ-ın gücünü, etibarını, və sehrini məhv edən böhrana və dünya siyasi tarixindəki böyük, dərin bir qırılmaya şahid olur...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 28 yanvar 2021-ci il

ABŞ-dakı çəkişmələr Bayden-Tramp davası deyil. Konqres basqını, daxili qarşıdurma, daxili terrorizm, sosial bölünmə, milli birliyə çağırışlar, içəridən gələn təhdidlər, dövlət və çoxmillətli şirkət hesablaşması təkcə prezident dəyişikliyi ilə məhdudlaşan bir böhran deyil.

Dünya həyəcanla və heyrətlə ABŞ-ın gücünü, etibarını, və sehrini məhv edən böhrana və dünya siyasi tarixindəki böyük, dərin bir qırılmaya şahid olur. Avropalı siyasətçilər buna “vətəndaş müharibəsi” təhlükəsi və “xarici müdaxilə” deyirlər. Avropanın paytaxtlarında və şəhərlərində başlayan sosial etirazlar, küçə nümayişləri, qarşıdurmalar və kütləvi qəzəb yalnız Covid-19 pandemiyasında tətbiq olunan məhdudiyyətlərlə bağlı deyil. Hollandiya, İspaniya, Almaniya, Belçikada gördüyümüz və sabah Avropanın bir çox şəhərinə yayıla biləcəyi təxmin edilən bu etirazlar yalnız epidemiya ilə əlaqəli deyil.

Avropa siyasətçilərinin və dövlət hakimiyyətini təmsil edənlərin “vətəndaş müharibəsi başlayır”, “xarici müdaxilə var” kimi anlayışlar haqqında bu qədər aydın və rahat danışmaları gözlənilən bir vəziyyət deyil. Bu dəfə yoxsul ölkələrin deyil, zəngin ölkələrin şəhərləri qarışacaq.

ABŞ-da prezident dəyişdi, sabah dünyada epidemiya da sona çatacaq. Bəs görəsən, bütün hadisələr bitəcəkmi? Sizcə, kütləvi qəzəb “başqa səbəblərə görə” yenidən canlanmayacaqmı?

Bu günə qədər İslam şəhərlərində və ölkələrində gördüyümüz sosial travmaların, daxili gərginliklərin, kimlik çəkişmələrinin və rifah böhranlarının 21-ci əsrdə Qərbin paytaxtlarına və şəhərlərinə zərbə vurmayacağını düşünə bilərikmi?

İndi yoxsul ölkələrin deyil, sosial ölkələrin böhranları ilə qarşılaşacağıq. Çünki istehsal etdikləri siyasi ritorikalar və sistemlər, iqtisadi nizamlar və vədlər, sosial dəyərlər və iddialar çökdü. Geridə qalan isə yalnız bu böyük çöküşü həzm etmək oldu.

Artıq dünyaya heç bir vəd verə bilməzlər, hətta “həyat tərzi” illüziyası da bitdi.

Qərb artıq dünyaya, bəşəriyyətə, öz ölkələrinə və vətəndaşlarına heç bir şey vəd edə bilmir. Artıq kimisə inandıra və istiqamətləndirə bilmir. Çünki köhnəldi, tükəndi, etibarlılığını itirdi. İlk dəfədir ki, müstəmləkəçiliyin başlanğıcından bəri hər bir xalqın, ölkənin sərvətlərini talan edib, bunları öz xalqına “həyat tərzi” kimi sevdirmək gücünü itirməyə başlayıb. Ən əsası isə əsrlərdən sonra ilk dəfə Qərbin qlobal hökmranlığına “yox” deyən, dünya nizamına tabe olmayan və başqa bir dünya təklif edən ölkələr bu qədər güc qazandılar.

Qərb son 500 ildə ilk dəfədir ki, belə təhlükəli bir çağırışla qarşılaşır. Siyasi tarixinin beş əsrində ilk dəfə belə təhlükəli və çəkindirici bir problemlərlə üz-üzə qalıb. Bunları aşmaq üçün siyasi ağıl, güc və ya inandırma qabiliyyətinə sahib olmadığı da məlum oldu.

Bu səbəbdən, dünyanı birləşdirən və daxildə nizam yaradan, sərvət və gücü öz inhisarına alan sistemlər artıq etibarlı deyil. Bu sistemlər texnologiya üstünlüyü, bilik boşluğu və insan resursları sahəsində artıq rəqibsiz deyillər. Üstəlik, bu rəqiblər təhlükəsizlik və sərvəti də tezliklə əldə edir və olduqca qətiyyətli şəkildə hərəkət edirlər. Onlar da dərin siyasi keçmişlərindən güclü bir ilham alaraq bütün çətinliklərə meydan oxuyurlar. Hər bir rəqib üçün ümumi olan amil isə Qərbin birtərəfli qlobal hökmranlığına son qoymaqdır. Bu mövzuda yaradılan kollektiv şüur və hədəf artıq gizlədilə bilməz. İndi “Qərb üçün dünyanın sonudur” inancı ortaq bir məxrəc kimi meydana çıxır.

Qərbin qloballaşma dövrü bitir və böyük bir fırtına yaxınlaşır. Bir çox ölkədə tarixi müstəmləkə yaddaşı siyasi bir iddiaya çevrilməyə başlayıb. Əksər ölkə bir də heç vaxt resurslarının talan edilməsinə icazə verməyəcək. Hamısı da “Qərb həyat tərzi”nin bir illüziya olduğunu və Atlantik dünya nizamını davam etdirmək üçün qurulduğunu başa düşür.

ABŞAvropanın danılmaz gücünə şübhə edənlər isə bilirlər ki, Qərb yönümlü qloballaşma artıq bitib. Sabahın dünyasını quranlar da buna uyğun mövqe tuturlar. Qlobal miqyasda bir zəlzələ baş verərkən bütün dünya böyük sarsıntılara, güc dəyişikliyinə, çöküşə, yeni yüksəlişlərə və yeni ulduz ölkələrə doğru hazırlıq görürlər.

Zehin xəritələri ilə birlikdə hər şey dəyişəcək. Artıq siyasi dil, şəxsiyyət və partiya olmaq anlayışları da dəyişir. Bu anlayışların bir çoxunun heç bir mənası qalmayıb. Güc, iqtidar və bunlardan istifadə vasitələri də öz formasını dəyişir.

ABŞAvropanın “Roma İmperiyası” tezisləri 21-ci əsrdə mövcud olmayacaq. Bunun əvəzinə, Şərqdən yeni imperiyalar yüksələcək. Ölkələrini, cəmiyyətlərini və nizamlarını yaşatmağa, aralarındakı münasibətləri Birinci və İkinci Dünya Müharibələrində olduğu kimi yeni “Qərb Vətəndaş Müharibəsinə” çevirməməyə çalışacaqlar.

Qədim Şərq imperiyaları səhnəyə 21-ci əsrin silahları ilə geri qayıdırlar. Qərbin beyinlərdəki imici və inamı çox sarsılacaq. Diqqət və gözləntilər dünyanın yeni mərkəzlərinə yönəldiləcək. Ən azından bu baxımdan bir balans yarana və Qərb dünyanın yeganə ünvanı olmaqdan çıxa bilər. Çünki Şərqin böyük imperatorluqları və mədəni kimlikləri 21-ci əsrin silahları ilə birgə daha cəsarətli şəkildə səhnəyə çıxacaq.

Türkiyədə də başa düşülməyən reallıq budur. Hələ də ABŞAvropadan iqtidar almaq cəhdləri və Baydenin Türkiyəyə müdaxilə etməsini istəmələrinin səbəbi budur. Stress və qəzəb Qərbin şəhərlərini uçuracaq.
Qəribədir ki, şəhərlərimiz və ölkələrimiz üçün on illərdir proqnozlaşdırdıqları təhlükəsizlik və münaqişə strategiyaları ilə indi özləri üzləşirlər.

Əlbəttə ki, bu təcrübələr heç vaxt unudulmayacaq, xatirimizdən silinməyəcək. Qisas hissi ilə deyil, lakin realist şəkildə yeni dünyadakı yerimizi təyin edəcək, bütün tədbirləri görəcəyik. Bu gün ABŞ və Qərb şəhərlərində əlamətlərini gördüyümüz hadisələr böyük stresin, böhranın partlayacağına işarə edir. Dünyadakı güc hərəkətliliyu bu şəhərləri partladacaq və kütləvi qəzəbə, iğtişaşlara səbəb olacaq.

Artıq münaqişə İstanbulda və ya Qahirədə deyil, Paris və Nyu-York küçələrində baş verəcək. Bütün ABŞAvropa ölkələrinin tez-tez “xarici müdaxilə” ifadəsini dilə gətirməsi onların da bu gerçəkliyi dərk etməkdə siyasi korluq içində olduqlarını göstərir. Dünyanın bu yeni istiqaməti bizə sosial partlayışların Qahirə, Kəraçi, Tehran, İstanbulda deyil, Paris, Berlin, Madrid, Brüssel, Nyu-Yorkda baş verməsi ehtimalının yüksək olduğunu göstərir.

Türkiyə də bunun üçün hazırlaşır, özünü buna uyğun formalaşdırır. Bu səbəbdən, müdafiə qalxanlarını, informasiya və texnologiya inqilabını və ən əsası da siyasi şüur ​​inqilabını bəsləyir və gücləndirir. Bu mübarizəyə hazırlaşmalı olan bəzi sektorlar meydandan qaçdıqdan sonra həqiqi Türkiyə mübarizəsinin təmizlənməsinə şahid oluruq. Bu, zəiflik deyil, güc qazanmaqdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar