Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … - Fotofakt

Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıxovun oğluna məxsus şirkərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.

Yeniavaz.com xəbər verir ki, 20.10.2010-cu il tarixində dövlət qeydiyyatına alınan və Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxovun təsisçisi olduğu “Keystone” MMC-nin (VÖEN: 1302308941) dövlət büdcəsinə 636 min 522 manat 99 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan “Keystone” MMC-nin rəsmi veb-səhifəsində şirkətin  beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər məhsullar hazırladığı göstərilib. Baş ofisi Azure Biznes Mərkəzində (24-cü mərtəbə) yerləşən “Keystone” MMC-nin beton blokları istehsalı edən zavodu Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərir.

Onu da bildirək ki, Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxov əvvəllər Bakı Şəhər Vergilər Departamentinin rəis müavini, 2015-2016-cı illərdə isə Vergilər naziri Fazil Məmmədovun müşaviri olub.
Məhəmməd Sadıxov eyni zamanda 2009-cu ildə qardaşı Hüseyn Sadıqovla birgə “Keystone” MMC ilə eyni ünvanda (Nobel prospekti 15) yerləşən daha bir şirkət “Magus” MMC-ni təsis ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar