Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Nəsirov: “CQD İsrail və Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinə ümid edir”

Xəzər Siyasət Mərkəzi Cənub Qaz Dəhlizi (CQD) layihəsinin əhəmiyyətini, gələcək enerji infrastrukturu inkişaflarını, karbonsuzlaşdırma səylərini və regional inteqrasiyanı müzakirə etmək üçün mütəxəssis paneli təşkil edib.

Bu barədə “Report”a “Caspian Policyr Center”dən (CPC) verilən məlumatda deyilir.

CPC-nin İcraçı direktoru Əfqan Nifti bildirib ki, CQD-nin başa çatdırılması enerji bazarlarında dəyişən və iqlim dəyişikliyinə diqqət artırılan maraqlı dövrlə üst–üstə düşür: “Yenə də Rusiyanın təbii qaz tədarükçüsü kimi etibarlılığı və qaz ixracatını siyasiləşdirməsi, habelə Avropada təbii qaza olan ehtiyac hələ də davam edir. Necə ki, Xəzər hövzəsindəki ölkələrin əhəmiyyətli qaz yataqlarına sahib olmağa davam edir”.

O qeyd edib ki, bu layihə region və CQD-ni inşa edən tərəfdaşlar üçün uzun bir səyahət idi və bu, mühüm nailiyyətdir.

40 milyard ABŞ dollarlıq CQD-nin tamamlanması ABŞ diplomatiyası üçün mühüm bir mərhələ olub. ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun keçmiş Katib köməkçisi Fransis R. Fannon müzakirə əsnasında ABŞ-ın bəzi administrasiyaları arasında onilliklər boyu davam edən enerji diplomatiyası səylərini, dövlət–özəl sektor tərəfdaşlığı, o cümlədən çoxmillətli investisiyaları vurğulayan əsas fikirlərini çatdırıb: “Enerji yalnız texniki bir məsələ deyil, eyni zamanda xarici siyasət üçün bir növ səlahiyyət qaynağıdır. CQD bu konsepsiyanın ən böyük dəlillərindən biri sayıla bilər”.

Dövlət katibinin keçmiş köməkçisi R. Fannon vurğulayıb ki, enerji inkişafa, təhlükəsizliyə və suverenliyin həyata keçirilməsinə əsas təşkil edir və CQD bu dəyərlərin hər üçünə gedən yoldur: “Bu müvəffəqiyyət, ikitərəfli əsasda ABŞ administrasiyalarının on illərlə davam edən enerji diplomatiyası üzərində qurulub”.

CQD layihəsi Cənub–Şərqi Avropa və Cənubi Qafqazdakı bir çox hökümət və özəl şirkətlər arasında əməkdaşlıq sayəsində mümkün olub. Bunu Xəzər Siyasət Mərkəzinin Enerji və İqtisadiyyat Proqramının rəhbəri, səfir Robert F. Sekuta moderatorluğunu etdiyi vebinar iştirakçılarına CQD-nin tamamlanmasının Avropa və Avrasiya arasında nəqliyyat və əlaqə üçün yeni satış məntəqələrini necə asanlaşdıracağı barədə fikirlərini bildirib: “CQD layihəsinin reallaşması üçün aparıcı enerji şirkətlərindən diplomatik yaradıcılıq, beynəlxalq əməkdaşlıq və texniki təcrübə tələb olunurdu. Bu, hökumət rəhbərləri və rəsmiləri, diplomatlar, korporativ rəhbərlər və mütəxəssislər tərəfindən illərdir davam edən işlərin uğurlu nəticəsidir, eyni zamanda irəliyə baxmağın bir məqamıdır".

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Albaniyanın ABŞ-dakı səfiri Floreta Faber, Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze və Türkiyənin ABŞ-dakı Səfirliyinin Missiya rəhbərinin müavini Sinan Ertay, müzakirə zamanı çıxışlarını ediblər və təmsil etdikləri ölkələr üçün CQD layihəsinin iqtisadi–siyasi dəyərini vurğulayıblar.

Səfir E. Süleymanov bildirib ki, birlikdə işləmək üçün böyük imkanlarımız var: “Layihənin vacibliyinə toxunub. Nəqliyyat dəhlizləri, Ermənistan da daxil olmaqla, qonşularımızla birlikdə işləmək və hər kəsin suverenliyini, inkişafını davamlı etmək və regiona daxil olmaq üçün yeni ortaya çıxan imkanlar var".

E.Süleymanov əlavə edib ki, enerji təhlükəsizliyi, mənbələrin şaxələndirilməsi və karbonsuzlaşdırma hədəfləri həlledici əhəmiyyətə malikdir və Albaniya Trans–Adriatik Boru Kəmərinə qoşulmaq səylərinə töhfə verməkdən məmnundur”.

"Enerji təhlükəsizliyi ABŞ və region ilə ikitərəfli gündəliyimizin vacib bir hissəsi olaraq qalır, – səfir Bakradze qeyd edib. - Enerji təhlükəsizliyi sahəsində əvvəlki ikitərəfli uğurları inkişaf etdirmək üçün yeni rəhbərliklə işləmək üçün gələcəkdə əməkdaşlığın artırılmasını gözləyirik".

Panel iştirakçıları olan Atlantik Şurasında Qlobal Enerji Mərkəzinin direktoru və sədri səfir Richard Morningstar, SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və “BP America”nın Beynəlxalq Əlaqələr üzrə rəhbəri Robert Scher, Qərbi Balkanlarda çox ehtiyac duyulan enerji qaynaqlarını təmin etmək üçün CQD-nin genişləndirilməsinin mövcud potensialından bəhs ediblər.

E. Nəsirov bildirib ki, CQD-nin növbəti mərhələsində Qərbi Balkanlarda əlavə bazarlara çatmağı ümid edirik: “Albaniyanın və Qərbi Balkanların digər ölkələrindəki vətəndaşlara qaz çatdırılmasının açılışını edəcəyik. İsrail qazı da daxil olmaqla, Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinə ümid edir və səbirsizliklə gözləyirik".

R. Şer isə bildirib ki, CQD çox böyük, mürəkkəb və cəsarətli bir layihədir: “Vaxtında və büdcə çərçivəsində tamamlanacağını düşünmək çox diqqətəlayiqdir. Layihənin bu qədər uğurlu olmasının beş səbəbi var - enerji tədarükünün şaxələndirilməsi üçün açıq iş, özəl və dövlət sektorları arasında sıx koordinasiya, yüksək səviyyəli texniki təcrübə; aydın öhdəlik və hədəflər, həmçinin ölkələr arasında tərəfdaşlıq”.

Səfir Morningstar isə bildirib ki, ABŞ 25 ildən çoxdur ki, Xəzər bölgəsindəki ikipartiyalı layihələrə dəstək göstərir və bu böyük bir nailiyyətdir.

CQD-nin inşası və tamamlanması iştirakçı ölkələr arasında davamlı əməkdaşlığa və özəl sektorun uğurlu səfərbərliyinə əsaslanırıb. Panel iştirakçıları, CQD-nə bənzər gələcək enerji infrastrukturu inkişaflarının COVID-19 pandemiyası, karbohidrogen bazarındakı dalğınlıqlar və dövlətlərarası qarşıdurma kimi beynəlxalq zərbələrə davam gətirə bilməsi üçün ayrılmaz layihə olduğunu qeyd ediblər.

pia.az 


Etiket: Elşad Nəsirov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar