Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada hakimiyyət dəyişkiliyi ssenarisi

 

Qərbin Putini devirmək planı baş tutacaqmı?

Rusiyada Aleksey Navalnının azad olunması tələbilə keçirilən mitinqlər Baydenin inaqurasiyasının 3-cü gününə təsadüf etdi. Başqa sözlə, bu, Baydenin Rusiyaya xəbərdarlığı kimi də başa düşülə bilər. Moskva isə prezident Putinin mətbuat katibi Peskovun dili ilə start verilən mitinqlər dalğasının ABŞ tərəfindən yönləndirildiyinə açıq şəkildə işarə vurdu. Və ardınca Vaşinqtonun dialoqa hazır olduğu təqdirdə, Kremlin də bu variantı nəzərdən keçirə biləcəyini diqqətə çatdırdı.

Belə ki, Peskovun Rusiyanın 1-ci telekanalında efirə getmiş “Moskva, Kreml, Putin” proqramında Pavel Zarubinə verdiyi müsahibəsində Vaşinqtona ünvanlanmış mesajlar açıq şəkildə yer aldı. Mesajda Putinin əgər Vaşinqton Moskva ilə dialoqa hazırdırsa, Putinin də eynilə qarşılıq verəcəyi bildirildi.

Peskov həmçinin qeyd edir ki, Rusiya ABŞ ilə münasibətlərdə çeviklik nümayiş etdirib, amma bu yanaşmanı davam etdirərək, Vaşinqtonun diqtəsinə və kobudluğa dözməyə hazır deyil. Rusiya hesab edir ki, Moskva ilə Vaşinqton dialoq yolu ilə münasibətləri yoluna qoya biləcək. Əgər Bayden administrasiyası buna hazır olacaqsa, Moskva da eyni tərzdə cavab verməyə hazırdır:

“İş orasındadır ki, Rusiya Federasiyası ardıcıl və ənənvi şəkildə ABŞ ilə xoş münasibətlər qurmağın tərəfindədir. Biz sözdə yox, əməldə deyirik ki, amerikalıları öz partnyorumuz hesab etməyə hazırıq, onlar isə yox. Zorla gözəllik olmaz”.

Peskov həmçinin diqqəti Ağ Evin yeni mətbuat katibi Cen Psakinin Rusiya haqda yenicə səsləndirdiyi fikrə də cəlb edib. Xatırladaq ki, Psaki Mokvadan ABŞ əleyhinə yönləndirilən kiber hücumların araşdırılmasının gərəkdiyini və Əfqanıstanda ABŞ hərbçilərini qətlə yetirən terrorçularının Rusiyadan maliyyələşdirildiyini səsləndirib. Peskov isə qeyd edib ki, oxşar yanaşma “kifayət qədər gözlənilən” idi. Çünki hər halda yeni administrasiya – “köhnə, yaxşı tanınmış adamlardır”.

“Bəyanatlara gəlincə , Vaşinqtonun “ortaq” sözünü bizim barəmizdə tətbiq etməsi mümkün deyil, əlbəttə onlar bizi əvvəlki kimi ortaqdan çox rəqib kimi görürlər”, – deyə Kreml rəsmisi bildirib.

Aparıcının ABŞRusiyanın münasibətlərinin get-gedə daha da pisləşməyə doğru gedəcəyi və sonda tərəflərdən birinin güzəştə getməli olacağı barədə sualına isə Peskov belə cavab verib: “Çeviklik dövlətlərarası münasibətlər üçün vacib elementdir. Biz çevikliyə hazırıq, amma diqtəyə, kobudluğa, “bizim qırmızı xəttimizin” keçilməsinə hazır deyilik. Yeri gəlmişkən, ehtimal ki, çeviklik dedikdə dövlətlərin bir-brinə edəcəyi güzəştlər nəzərdə tutulur. Navalnını narazı xalq kütləsini aktivləşdirərək, ediləcək güzəştin bir elementi kimi ortaya atan Qərb Rusiyadan hansı güzəştləri istəyə bilər? Qalan məsələlərdə biz çevikliyə, elastikliyə hazırıq, amma bu da sonsuza qədər davam edə bilməz”. Aparıcının 2014-cü il Ukraynada dövlət çevrilişi və ABŞ milli təhlükəsizlik Agentliyinin əməkdaşı Edvard Snoudeni misal gətirərək, Rusiyanın “daha çox güzəştlərə hazır olmasının mümkünlüyü” barədə sualına Peskov belə cavab verib: “Xeyr, elə bu məsələlər elə keçilməsi mümkün olmayan qırmızı xəttlərdir”.

Rusiyanın ABŞ-dan narazılığı bununla bitmir. Rusiya XİN nazir müavini Sergey Ryabkov ABŞ-ın Rusiyadakı səfiri Con Sallivana diplomatik normalara riayət edilməsi və icazə verilməmiş etiraz aksiyaları barədə səfirlik tərəfindən görüntülərin yayılmasının doğru olmadığını nəzərə çatdıraraq, etirazını bildirdi. Yəni bu deyilənlərdən anlaşılan o idi ki, Putin bu tərtibatda birbaşa ABŞ-ın əlinin olduğu qənaətindədir.

Təbii, Kreml gedən oyunun fərqindədir. Aksiyalarda Moskvada saxlanılanlardan ən kiçiyinin 9 və 12 yaşlı qardaşlar olduğun isə Rusiyada aktiv olan Çinin Tik Tok şəbəkəsinin də rolunun olduğunu deməyə əsas verir. Məlumdur ki, sosial şəbəkələr kəşfiyyatın nəzarəti altındadır. Çin kəfiyyatının nəzarət etdiyi Tik Tok şəbəkəsindən kiçik yaşlılara və yeniyetmələrə çağırışların edilməsi Pekinin də Rusiyada vəziyyətin qarışmasında maraqlı olduğunu göstərir.

Müsahibənin gedişində Peskov bildirdi ki, Moskvaya Putinə qarşı yalançı ifşaların hazırlandığı əvvəlcədən məlum idi. Peskov, Putinin “ifşa xəbərlərini” izləyənləri “özlərini axmaq yerinə qoyulmağa imkan verməməyə” də çağırdı. O, qeyd edib ki, “yalanla düzəldilmiş şayiələr” prezidentə qarşı aparılan informasiya hücumlarında meydana gəlib və buna belə münasibət göstərilməlidir.

İlk öncə onu deyək ki, Navalnının Rusiyaya qayıtması onun özü üçün lazım olan gediş idi, ilk növbədə immiqrasiyada hadisələri kənardan izləyən qeyri-effektiv siyasətçi yarlığından xilas olmaq baxımından. Hadisələrin içində olmaq, ona yön vermək baxımından daha effektivdir. Bayden administrasiyasının hakimiyyətdə ilk addımlarını atması ilə etiraz dağlasının tətiklənməsinin eyni zamanda baş verməsinin maraqlı bir məqamı var. ABŞ-ın fövqəladə hallarla üzləşməsi halında dövriyyəyə ilk girəcək şəxsin qaradərili qadın olması, Obama tərəfindən “sertifikatlaşdırılaraq” siyasi səhnəyə sürülməsi təsadüfə oxşamır. Hakimiyyət üzdə də olsa qadın təbəqəsindən olan idarəçilərə – menecerlərə ötürülür. İlk addım Belarusda atıldı, amma Lukaşenkonun qətiyyəti sayəsində buna nail olunmadı. ABŞ-da artıq proses işə salındı. Yanvarın 23-ü mitinqlər gedişində Navalnının yoldaşı Yuliya Navalnı da həbsə alındı. Görünür, Putin Belarus variantının işə salınacağından ehtiyat etdiyi üçün mümkün ehtimalların qarşısını aldı. Necə ki, 2016-cı il ABŞ-da prezident seçkilərinin Trampın xeyrinə başa çatması ilə Hillari Klintonun önünü kəsmişdi.

İndiki administrasiyada isə arxa planda Obamanın idarə etdiyi sistemin fiqurları – baş rolda Kamala Harris, Lloyd Ostin öz yerlərini tutmaqdadırlar. Sanki feminizmin bu nəhəng ölkənin bundan sonrakı hakimiyyət sistemində bərqərar olmasına cəhdlər edilir. Elə Belarusdakı Tixonovskaya məsələsi də feminizmin.

Bu arada qayıdaq güzəşt məsələsinə. Bu etirazlar fonunda ABŞ-ın əldə etmək istədiyi güzəştlərdən biri nə ola bilər? Məsələn, Qarabağ məsələsində, Ermənistanda Gümrüdəki rus hərbi bazasında güzəştlər edilə bilərmi? Bu etirazlar üst-üstə qalaqlanan daxili siyasi və sosial problemlərə yönəlmiş kimi görünsə də, əslində kənardan idarə olunduğu aydındır. Əlbəttə, nəinki Rusiyada, bütün dünyada koronavirus fonunda ölkələrin iqtisadiyyatlarının çöküşə yuvarlanmaqda olduğu aydındır.

O da aydındır ki, toplum uzun müddət hakimiyyətdə olan elitadan yorulub, dəyişikliklər istəyir. Amma pandemiya sürəcini idarə edən hökumətlər üstü dairələr prosesi insanlara yox, özlərinə faydalı istiqamətə aparırlar. Dediyimiz kimi, Navalnı Tixonovskaya ssenarisinin Rusiya variantı idi, amma Lukaşenko daha çox, daha uzun müddət buna hazırlanmışdı. Amma onun hazırlanmasında yalnız xarici kuratorların yox, daxili elitanın da əli var. Navalnı ABŞ siyasi elitasının – gələcək prezidentlər, senatorlar və s.-in “yoğrulub hazırlandığı” Yiel universitetinin məzunudur. 2012-ci ildə “Taym” jurnalı Navalnını dünyanın 100 ən vacib nüfuzlu insanı siyahısına daxil etmişdi. Təsadüfi deyil ki, ABŞ-ın dövlət katibi postuna namizədi Entoni Blinken artıq RusiyaAzərbaycanın tarixin arxivinə göndərdiyi münaqişəni bərpa etmək məqsədi ilə Qarabağdakı Rusiya sülhməramlı missiyasının “reviziyasını”– fəaliyyətinin yoxlanması gərəkdiyini elan edir. Moskva, Bakı və Ankara ABŞ-ı və Fransanı öz bölgələrindən sıxışdırdılar, amma ermənilər, o cümlədən Rusiyadakı erməni diasporu, Vaşinqton və Parisin bu strateji bölgəyə yenidən qayıtması üçün hələ alət kimi qalır.

Blinken deyir: “Vəzifədə təsdiqlənsəm, Dağlıq Qarabağın təhlükəsizliyini təmin edəcək və yeni müharibənin qarşısını alacaq həll üçün ABŞ-ın fəaliyyətini genişləndirəcəyəm”. Həmçinin əlavə edib ki, “ABŞ-ın Minsk Qrupunda iştirakını artırmaq və üçüncü tərəflərin müdaxiləsinin qarşısını almaq üçün əlavə diplomatik iş aparacağam”.

Bir sözlə, Qarabağda müharibə də bitdi, münaqişə də, amma amerikalılar həyasızcasına iddia edirlər ki, bu belə deyil və bu səbəbdən ABŞMinsk qrupunun fəal iştirakı tələb olunur. “Üçüncü tərəflər” dedikdə, Blinken zəifləmiş, parçalanmış və bölgədəki proseslərə təsir etmək imkanını itirmiş Rusiya və Türkiyəni nəzərdə tutur.

Bu məqamda ABŞ-ın bəyanatına rus diplomatlarının mövqeyi də təəccüb doğurur. Bu yaxınlarda RF-nin XİN naziri, habelə Rusiyanın ATƏT-dəki nümayəndəsi M.Q.Popov Minsk Qrupunun yenilənməsindən danışdı. Bəs Rusiyanın bölgədəki təsirini məhdudlaşdıran bu aləti yenidən canlandırmaq Moskvanın maraqlarına cavab verirmi? Bizim fikrimizcə, yox! Peskovun açıqlamalarından Putinin müqavimət göstərəcəyi, ABŞ-a “yerini göstərəcəyi” sezilir.

pia.az 


Etiket: Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar