Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın tanınmış kinorejissoru vəfat edib

Azərbaycan aktyoru, rejissor dublyajist, əməkdar mədəniyyət işçisi Arif Həbibi vəfat edib.

Bunu aktyorun qızı İlhamə Həbibi sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, atası 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb.

Dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Azərbaycan Kinematoqrafiya İttifaqının üzvüdür.

Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və “ukladka” edib. Kinostudiyanın istehsal etdiyi bədii filmlərin və Vaqif Mustafayevin filmlərinin səsləndirilməsində məsləhətçi-rejissor olub.

pia.az 


Etiket: Arif Həbibi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar