Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Seyidov: “QHT-lər bir çox ölkələrdə çətinliklərlə üzləşirlər”

"QHT-lər bir çox ölkələrdə çətinliklərlə üzləşir. Təkcə Avropa ölkələrində yox, dünyanın başqa ölkələrində də onların üzləşdikləri çətinliklər var".

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov assambleyanın qış sessiyası zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, təkcə Avropada yox, dünyanın qalan ölkələrində də yeni bir era başlayıb.

"Bu, qeyri-hökumət təşkilatları erasıdır. Ancaq bəzi hallarda görürük ki, onların bəziləri məsuliyyətli davranmır. Bu halda biz belə vəziyyətlərdə nə etməli olduğumuzu, onların fəaliyyətinə necə şəffaf yanaşma göstərməli olduğumuzu düşünməliyik".

S.Seyidov qeyd edib ki, AŞPA məruzəçisinin hazırladığı bu hesabatda yalnız dörd ölkənin adı çəkilib: "Ancaq unutmamaq lazımdır ki, təkcə Avropada yox, digər ölkələrdə də QHT-lər çətinliklərlə üzləşirlər. Amma hesabatda yalnız dörd ölkənin adı çəkilib. Bu o dəməkdir ki, bu hesabat tamamlanmamış qalır. Biz  çalışıb elə bir mühit yaratmalıyıq ki, bu mühitdə hamı qeyri-hökumət təşkilatlarına inam göstərsinlər".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar