Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cozef Baydenlə Putin anlaşdılar, amma bu, nikbinlik üçün əsas vermir”

Dünən yanvarın 26-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub. Tərəflər “Strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılmasına dair müqavilə”ni beş il müddətinə uzatmaq qərarına gəliblər.
 
Ovqat.com-un məlumatına görə, V.Putin Rusiya XİN-ə ABŞ Dövlət Departamenti ilə sazişin uzadılması və bütün zəruri texniki məsələləri razılaşdırmağı tapşırıb, prosesə rəhbərliyi Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkova həvəla edib.
 
Bildirilir ki, Putin dünən həmçinin Rusiya Federasiyasının Dövlət Dumasına müvafiq sənəd təqdim edib. Saziş ratifikasiya üçün Federasiya Şurası tərəfindən təsdiqlənməlidir.

Ryabkovun sözlərinə görə, amerikalılar Rusiya şərtlərini qəbul ediblər və ilkin şərtlər, hər hansı əlavə və arqumentlər olmadan sazişi beş il müddətinə uzatmağa razılıq veriblər: “Bu, qarşılıqlı faydalı qərardır”, - Ryabkov belə deyib.
 
“Strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılmasına dair müqavilə” Barak Obamanın dövründə bağlanmışdı və Co Bayden də bu sazişi hələ o dövrdə dəstəkləmişdi. Odur ki, Donald Tramp tərəfindən ləğv edilən sazişin yeni administrasiya tərəfindən bərpa olunması təəccüblü deyil. Fəqət ekspertlər Baydenin bu addımının Rusiya ilə münasibətləri yaxşılaşdıracağı anlamına gəlmədiyini düşünürlər. Əksinə, ABŞ-ın bu müqavilənin şərtlərini də əsas gətirib təzyiqləri artırması gözlənilir. 

pia.az


Etiket: Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar