Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

17 şəhid məzarı və... – Qaradağdakı məzarlıqda baş verənlər nəyin və kimin “əsəri”dir?

Ötən gün Qaradağ rayonunda bir qrup şəhid ailəsinin övladlarının layiqli məzar yerilə təmin olunmamasına, onlara göstərilən biganəliyə, saymazlığa görə etiraz etmələri bir daha göstərdi ki, təkcə xalqın deyil, elə hakimiyyətin də ən böyük düşməni məsuliyyətsiz, yalnız özünü və ətrafını düşünən məmurlar, eləcə də əksər yerli icra hakimiyyəti orqanları və onlara rəhbərlik edən “qoçular”dır. Belə görünür ki, bunların beş-altısını tutub “içəri” salmaqla, iş düzəlmir və idarəetmədəki sistem problemi qaldıqca bu cür ağrılı məsələlər öz həllini tapmayacaq...

Ümumiyyətlə, şəhid məzarları kimi həssas mövzu ətrafında baş verən belə hadisələrin birliyimizə, dövlətçiliyimizə, qələbəmizə kölgə sala biləcəyini anlasaq da, müvafiq qurumların çox vaxt bütün əndazələri aşan məsuliyyətsizliyinə, nadanlığına, hətta vicdansızlığına soyuqqanlı yanaşmaq mümkün olmur. Dünən bütün sosial şəbəkələri bürüyən və cəmiyyətdə böyük hiddət yaradan məlum görüntülərdən aydın olur ki, şəhidlərin valideynləri nə ev, nə pul, nə torpaq və s. yox, sadəcə, övladlarının məzarına, ruhuna hörmət, diqqət tələb edirlər. Baxmayaraq ki, daha artığını tələb etməyə də tam haqları çatır. Ancaq müvafiq hökumət strukturlarının, icra orqanlarının gönü qalın, yekəbaş, dindən, insafdan, vicdandan kasad başçıları müqəddəs şəhid adına belə insan kimi, layiqincə münasibət bəsləməyi bacarmırlar.

Sual olunur: Cəmi 17 şəhid ailəsini qəbul etmək, dinləmək, özünü onların yerinə qoymaq, başa düşməyə çalışmaq, hansısa formada onların razı salmaq bu qədərmi çətindir?! Müdafiə Nazirliyində, müvafiq icra strukturlarında yoxdurmu bircə belə adam?

Məmurları qınayan, söyən şəhid ailələrini isə anlamaq çətin deyil. Həmin kadrlarda valideynlər çarəsizlikdən bu durumun yaranmasında günahı olanlara onlar kimi övlad acısı, müsibəti yaşamağı arzu edirlər. Əslində, faciə insanın tutduğu vəzifəyə, onun imkanına baxmır. Şəmkirin icra başçısı Aslan Aslanovun oğlunun hansısa məişət məsələsi üstündə qətlə yetirildiyini çoxları xatırlayır. Heç kimə belə acını arzulamaq doğru olmaz. Ancaq nə həmin gəncin, nə də hansısa digər icra başçısı, prokuror, nazir və s. övladının Qaradağdakı gözdən-könüldən uzaq, urvatsız, bataqlığa bənzəyən bir yerdə dəfn olunması kimi hala rast gəlməzsiniz...

 

Ümumiyyətlə, sözügedən 17 şəhid məzarı, onların ailələrinin etirazı ilə bağlı məsələyə təkcə icra hakimiyyəti deyil, hökumətdəki müvafiq orqanların münasibəti də düşündürücü, hətta müəmmalıdır. Məlumata görə, həmin 17 şəhid Qaradağ rayonundan yox, Yasamal və Nəsimi rayonlarındandır. Belə olan halda, nədən onları digərlərindən ayırıb, bir yerə toplayaraq, Qaradağdakı uzaq və baxımsız yerdə dəfn ediblər, bunun səbəbi nədir? Hökumətdən çıxıb kimsə buna izahat verməlidir. İstər müharibə dövründə, istərsə də ondan sonra şəhid və qazilərimizlə bağlı mümkün qədər həssaslıq göstərməyə, ən azından hər bir epizod üzrə ayrılıqda rəsmi izahat verməyə çalışan Müdafiə Nazirliyi, digər müvafiq hökumət qurumları, artıq bir neçə gündür davam edən, hətta erməni sosial şəbəkələrində xalqımıza, ordumuza qarşı rişxənd mövzusuna çevrilən, bir sözlə düşməni sevindirən bu hadisəyə nədən dərhal reaksiya vermədi? Niyə bu ailələrin qarşısına çıxıb, onları sakitləşdirən və həmin məzarların ya başqa yerə köçürüləcəyinə, ya da heç olmasa həmin ərazilərin yüksək səviyyədə abadlaşdırılacağına dair heç nə deyilmir? Bu biganəlik, susqunluq nəyə və kimlərin maraqlarına xidmət edir?...

Əgər şəhid məzarlarına və ailələrinə bu yaramaz münasibət sadəcə biganəlik, saymazlıq, məmur özbaşınalığının nəticəsidirsə, buna vəsilə olanlar mütləq ən sərt şəkildə cəzalandırılmalıdır.

Cəlal Məmmədov (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar