Şənbə, 06 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ağcabədi, Beyləqan, Füzuli və Cəbrayılda düşmənin dağıtdığı evlər bərpa edilir

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağcabədi, Beyləqan, FüzuliCəbrayıl rayonlarına dəymiş ziyanın aradan qaldırılmasına başlanılıb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Vətən müharibəsi dövründə ermənilər tərəfindən Azərbaycanın bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə məruz qalıb, günahsız insanlar vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.

Düşmənin hücumlarından zərərçəkən rayonlardan biri də Ağcabədidir. Hazırda rayonda görülən bərpa və yenidənqurma işləri, şəhərlə yanaşı, torpaqlarımız işğaldan azad olunanadək təmas xətti sayılan kəndlərdə də aparılır.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin Beyləqan rayonunu atəşə tutması nəticəsində dağıdılan və zərər görən fərdi yaşayış evlərinin, inzibati binaların və mülki obyektlərin də tikintisi və bərpası işlərinə start verilib. Ermənilərin rayon mərkəzini atəşə tutması nəticəsində dağıdılan evlər yenidən inşa edilir.

Həmçinin Ermənistan silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi terror aktı nəticəsində Füzuli rayonu ərazisindəki yaşayış evləri, mülki obyektlər və infrastruktura ciddi ziyan dəyib. Artıq bu gündən rayon ərazisində tikinti və təmir-bərpa işlərinə start verilib. Belə ki, fərdi yaşayış evləri bərpa edilir, bərpası mümkün olmayanlar isə yenidən inşa olunur.

Eyni zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də tikinti və təmir-bərpa işlərinə start verilib. Vətən müharibəsi zamanı ermənilərin terror hücumu nəticəsində yeni salınan Cocuq Mərcanlıda yaşayış evləri, inzibati binalar, mülki obyektlər ciddi ziyan görüb.

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.

Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Baş nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə işlərə Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, BeyləqanBərdə rayonları ərazisində paralel olaraq başlanılıb.

pia.az


Etiket:
z

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı - Yenilənib

Arif Rəhimzadə və Vazeh Əsgərov YAP İdarə Heyətinin üzvləri seçilib - Yenilənib

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

YAP-da Əli Əhmədovu əvəzləyən Tahir Budaqov kimdir? - Dosye

YAP-ın qurultayı başa çatıb - 40 nəfərlik İdarə Heyəti seçilib - Yenilənib

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

YAP-dakı vəzifələrini itirən icra başçıları

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Bakıda əməliyyat keçirildi, vəzifəli şəxs həbs edildi

Ən çox oxunanalar