Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kaş ev-eşiyimiz dağılardı, o balalar ölməzdi...”

Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə yanvarın 25-i axşam saatlarında baş verən dəhşətli partlayışdan geriyə yerlə-yeksan olunmuş evlər, xarabalığa çevrilmiş məhəllə, bir də partlayış zamanı həyatını itirən 9 yaşlı Fatimə Musayevanın ətrafa səpələnən oyuncaqları, kitab-dəftərləri qalıb. Partlayışın gücündən yaxınlıqdakı dörd bloklu beşmərtəbəli bina yaşayış üçün yararsız vəziyyətə düşüb. Bina sakinlərinə məxsus avtomobillər də dağıntılar arasında qaldığından yararsız haldadır.

Hadisədən iki gün keçsə də, sakinlər deyirlər ki, hələ  müvəqqəti yaşayış yeri ilə təmin edilməyiblər. Lakin icra hakimiyyətindən sakinlərə bilidirilib ki, onlar gün ərzində (yəni yanvarın 27-də) köçürüləcəklər. Zərərçəkmişlər səhər saatlarında binanın qarşısına toplaşaraq aidiyyatı qurumların verəcəyi qərarı gözləyirdilər. Ərazi isə polis nəzarətindədir.

Bu gün virtualaz.org-un əməkdaşları dəhşətli partlayışın baş verdiyi ərazidə olublar. Sakinlər deyirlər ki, hələ də faciənin şokundan ayılmayıblar. Çoxları hadisənin qaz sızmasından baş verməsinə şübhə ilə yanaşır. Çünki partlayış o qədər güclü olub ki, ətrafdakı evlərin, hətta binanın arxasındakı iri marketin şüşələrini çilik-çilik edib.

Partlayış əslən Agstafadan olan 61 yaşlı Ziyarət Musayevaya məxsus fərdi yaşayış evində baş verib. Hadisə zamanı ev sahibəsi özü Gəncədə olsa da, ailə üzvləri - oğlu Vüsal, gəlini Aytən, nəvələri 11 yaşlı Firudin və 9 yaşlı Fatimə evdə olublar. Hadisədən sonra dağıntılar altında qalan Aytən Musayevanın meyiti elə həmin gün, balaca Fatimənin meyiti isə dünən yanvarın 26-da xilasedicilər tərəfindən çıxarılaraq təhvil verilib. Firudinin vəziyyətinin yaxşı olduğu bildirilir,  həyati təhlükəsi yoxdur, atası Vüsal Musayev isə reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Hadisə zamanı xəsarət alan bir neçə bina sakinləri artıq evlərinə buraxılıb.

Qonşuların dediyinə görə, təxminən on il bundan əvvəl binanın həyətində fərdi yaşayış evləri tikilib. Bina sakinləri buna etiraz etsələr də, dəfələrlə Abşeron rayon icra hakimiyyətinə şikayət etsələr  baxan olmayıb. Əksinə, ərzidəki evlərin sayı sonradan artıb,  partlayışın baş verdiyi evin sahibi də orada daha bir ev tikib: “Amma sonradan hamı qaynayıb-qarışdı. Musayevlər mehriban ailə idilər, gəlin çox gözəl insan idi. Hələ balaca qızcığazı demirəm. Hamımız Fatimənin dağıntılar altından sağ çıxması üçün dua edirdik. Gül kimi balalar idilər. Kaş ki, ev-eşiyimiz dağılardı, amma onlar ölməzdilər” – qonşulardan biri deyib.

Digər qonşu söhbətə qoşularaq bildirib ki, partlayış axşam saat təxminən 18:30-da baş veridiyindən hamı evdə olub. Uşaq küncə sıxılmış vəziyyətdə tapılıb.

Partlayışın təsirindən zərər görən binanın sakini, 26-cı mənzildə yaşayan Simayə Ələzova başından və bədəninin müxtəlif nahiyyələrindən xəsarət alıb. Zərərçəkmiş bildirir ki, hadisə zamanı təkcə özü deyil, oğlu da yaralanıb: “Partlayışın gücündən ev dağıldı. Buna görə də giriş qapısını açmaq çətinlik törədirdi. Dəmir qapı elə sıxılmışdı ki, sındırıb açdılar. Kənardan baxanda elə təsəvvür yaranır ki, yalnız pəncərələrin şüşələri sınıb. Evlərdə salamat əşyalarımız qalmayıb. Hətta bloklardakı pilləkanlar bir-birindən aralanıb”.

Zərərçəkmişin sözlərinə görə, əvvəlcə nə baş verdiyini anlamayıb, zərbənin təsirindən huşunu itirib. Onu xilasedicilər mənzildən çıxarıb.

Digər sakin isə bildirib ki, hadisədən yarım saat əvvəl həyat yoldaşı işdən evə gəlib: “Onun yeməyini isidib verdim. Balkona çıxıb qonşuyla söhbət edirdim. Birdən dəhşətli partlayış səsi eşidildi. Bir anlıq zəlzələ olduğunu düşündüm. Qapı-pəncərənin şüşələri üstümə töküldü. Məni yerə yıxılmağım xilas elədi. Beton qalıqları yoldaşımın maşınının üstünə aşdı. Çox şükür ki, yoldaşım həmin vaxt maşının içində olmayıb. Bu yaşa çatmışam, belə dağıntını yalnız televizorda görmüşdüm. Elə bil yeddi-səkkiz bal gücündə zəlzələ baş vermişdi. Evin tavanı bir neçə yerdən qırılıb yerə düşmüşdü”.

Dödüncü mərtəbədə yaşayan Xatırə adlı qadın isə deyir ki, müvəqqəti olaraq hazırda qohum evində qalırlar: “Mətbəxdə yemək bişirirdim. Bir də gördüm pəncərə başıma töküldü. Güclü səs qalxdı. Zərbədən evlərimiz bu günə düşdü. Ən çox zərər iki bloka dəydi. Qaz, işıq yoxdur, binada yararsız vəziyyətdədir. Geyim əşyalarımızı polis vasitəsilə götürürük. Bizi içəri buraxmırlar”.

Sakinlər bu gün müvəqqəti yaşayış yeri ilə təmin olunacaqlarını gözləyirlər. Ən azından İcra Hakimiyyətindən onlara verilən vəddə belə deyilirdi...

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar