Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Duma Rusiya ilə ABŞ arasında SNV-3 Müqaviləsinin uzadılması haqda sazişi ratifikasiya edib

Rusiya Dövlət Duması Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahları haqqında Müqavilənin (SNV-3) 2026-cı il 5 fevral tarixinədək uzadılması haqqında sazişi ratifikasiya edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Rusiya prezidenti Vladimir Putin tərəfindən parlamentə təqdim olunan RusiyaABŞ arasında SNV-3 müqaviləsinin uzadılması haqqında sazişə baxılıb.

Duma yekdilliklə sazişin ratifikasiya olunmasına səs verib.

Qeyd edək ki, yanvarın 26-da Rusiya Prezidenti V. Putin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub. Liderlər Strateji Hücum Silahları haqqında Müqavilənin müddətinin uzadılması barədə razılığa gəliblər. Rusiya Prezidenti bu gün məlum müqavilənin uzadılması haqqında layihəni ratifikasiya olunması üçün parlamentə təqdim edib. Rusiya XİN başçısının müavini Sergey Ryabkov SNV-3 müqaviləsinin uzadılması haqqında layihə barədə parlamentarilər qarşısında çıxış edib və onların suallarını cavablandırıb.

pia.az 


Etiket: Duma


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

“İrəvanda hər şey rusların qərarından asılı olacaq” - Kreml Paşinyanı qorxutmaq istəyir

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur

ABŞ gecə saatlarında İranın hərbi obyektlərini vurdu

Putinlə Paşinyan arasında telefon danışığı olub

ABŞ səfirliyindən Ermənistandakı siyasi düşərgələrə çağırış

Ən çox oxunanalar