Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da neft ehtiyatlarının azalması qiymətlərin artımına təkan verdi

ABŞ-da neft ehtiyatlarının ötən həftə azalmasına dair Amerika Neft İnstitutunun (API) açıqlaması bu günkü hərraclarda əsas markaların bahalaşmasına gətirib çıxarıb.

“Report” xəbər verir ki Londonun “İCE Futures” birjasında dünən 0,01 faiz bahalaşan “Brent” markalı neftin mart fyüçersləri bu gün səhər hərracında daha 0,63 faiz bahalaşaraq 56,26 ABŞ dollarından satılıb. Həmçinin Nyu-York Əmtəə Birjasındakı (NYMEX) ötən gün 0,3 faiz ucuzlaşan “WTI” markalı neft bu gün 0,65 faiz bahalaşaraq 52,95 dollardan satılıb.

APİ-nin hesabatına görə ABŞ-da neft ehtiyatları əvvəlki dövrdə 2,56 milyon barel artdıqdan sonra 15-22 yanvar tarixləri ərzində əksinə, 5,27 milyon barel azalıb. Halbuki “Trading Economics”ə görə ekspertlər 0,6 milyon barel artım gözləyirmişlər. Bununla belə benzin ehtiyatları 3,1 milyon barel, distilatr ehtiyatları da 1,4 milyon barel artıb. Kuşing anbarlarında neft ehtiyatının həcmi isə 3,5 milyon barel azalıb.

Neft bazarında qiymət artımını şərtləndirən başqa amil də hasilat ixtisarına dair gözləntilərdir. Belə ki, İraq dekabr ayında gündəlik 3,85 milyon barel olan hasilatını yanvar – fevral aylarında bunu 3,6 milyon barelədək azaldacaqlarını açıqlamışdı. Bununla yanaşı “Trading Economics”ə görə koronavirusa yoluxmaların artması və ABŞ ilə Avropa ölkələrində peyvənləmənin gözləntilərə nisbətən ləng aparılması ilin birinci yarısında neftə tələbatın dirçələcəyi ehtimallarını azaldır.

pia.az 


Etiket: Neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar