Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?

2021-ci ildə planetimizin sakinləri Ayın tam tutulmasını, bir neçə meteorid axınını və Günəş sistemi planetlərini müşahidə edə biləcəklər.

Bu barədə “İnterfaks”a Rusiya Elmlər Akademiyasının Pulkovsk rəsədxanasından məlumat verilib.

Məlumata əsasən, Ayın tam tutulması mayın 26-da baş verəcək və 3 saat 8 dəqiqə davam edəcək. Maksimal faza Bakı vaxtilə saat 15:19-da müşahidə olunacaq.

“Ay tutulması günorta saatlarında baş verdiyindən onu yalnız Uzaq Şərq sakinləri görə biləcəklər. Həmin vaxt orada hava qaralacaq”, - deyə rəsədxanadan bildirilib.

İkinci Ay tutulması noyabrın 19-na təsadüf edəcək. Onun maksimal fazası Bakı vaxtilə saat 13:04-də olacaq. Hadisəni yalnız Şimali Amerika, Çukotka və Kamçatka ərazilərindən görmək mümkün olacaq.

İyunun 10-da Günəşin halqavarı tutulması baş verəcək. RusiyaMDB ölkələri, həmçinin Kanada, Qrenlandiya sakinləri bu təbiət hadisəsinin müxtəlif fazalarını izləyə biləcəklər.

Həmçinin 2021-ci ildə 22 aprel, 6 may, 12 avqust, 8 oktyabr, 21 oktyabr, 17 noyabr və 14 dekabr tarixlərində Yer əhalisi meteorit axınlarını müşahidə edəcək.

Bununla yanaşı, may ayında səhər, oktyabr ayında isə axşam saatlarında Merkuri, avqust ayında Yupiter və Saturn, ilin ilk yarısında Mars, ikinci yarısında isə Venera planetlərini görmək mümkün olacaq. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar