Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurumayan Vaşinqton bataqlığı: Tramp niyə uduzdu və yaxud Bayden niyə uddu?..

Xarizmatik bir siyasətçi olmayan Bayden Trampa qarşı olan geniş nifrət və narazılıq dalğası sayəsində seçkilərdə qalib gəldi...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 26 yanvar 2021-ci il

Amerikada bir çoxları seçilən prezidentlərin ikinci dönəmə layiq olduqlarına inanırlar. Prezidentlərin ikinci dönəm seçkilərində məğlub olması isə nadir baş verən hadisədir. Bununla yanaşı, ikinci dönəmə zəmanət vermək üçün də müəyyən şərtlər var. Birincisi, seçicilər prezidentin ikinci dönəmdə daha yaxşı fəaliyyət göstərəcəyinə əmin olmalıdırlar. Tramp 2016-cı ildə aldığı səsləri 2020-ci ildə artırsa da, seçicilərini razı sala bilmədi.

Tramp iki partiyalı sistemdən narahat olan auditoriyaya müraciət edərək öz populist ritorikası ilə prezident seçilmişdi. Trampın fikrincə, çoxtərəfli hərbi və ticarət razılaşmaları sadə amerikalılara böyük ziyan vururdu. Qlobal iqtisadi sistemin nəticəsi olaraq da Amerikanın gördüyü işlər xaricə axın etməyə başladı. Ölkədə yaşayan mühacirləri isə ağdərili amerikalıların işlərini ələ keçirməkdə günahlandırdılar. Çünki “dünya polisi” kimi davranan Pentaqonun xaricdə apardığı “sonsuz müharibələri” amerikalı vergi ödəyicilərini kasıblaşdırdı. Trampçılar da “Vaşinqton Bataqlığı” ifadəsini bütün bu amilləri əhatə edən bir ifadə kimi kampaniyanın gündəminə gətirdilər. Seçicilər isə Trampın “Vaşinqton Bataqlığı”nı qurutmaq vədinə inanırdılar. Nəticədə, Tramp bu bataqlığı nəinki qurutmadı, hətta onu daha çox genişləndirmək üçün əlindən gələni etdi.

Tramp bu bataqlığın bir hissəsi olan partiyasının Senatdakı qanadı ilə müqavilə bağlayaraq böyük şirkətlərə ciddi vergi güzəştləri etdi. Pentaqon büdcəsini hər dəfə daha çox artırdı. “Öncə Amerika” şüarı isə “Öncə İsrail” olaraq yenidən formalaşdı. Tramp tez-tez “Amerika əsgərlərini evə gətirməyi” vəd etsə də, bunu yerinə yetirə bilmədi. Tramp həm də ticarət müharibələrində asanlıqla qalib gələcəklərini vəd etmişdi. Trampın ticarət müharibələri Amerikanın kəndlərinə ziyan vurdu və ölkənin gəlirli işləri “evə” qayıtmadı. Meksika və Çinlə olan ticarət kəsiri də bağlanmadı.

Covid-19 epidemiyası isə səhiyyə və iqtisadi sisteminin necə zəif və etibarsız olduğunu ortaya qoydu. Pandemiya həm sağlamlıq, həm də iqtisadi sistemdəki bərabərsizlikləri ifşa etdi. Epidemiyadan əvvəlki şəraitdə Trampın ikinci dönəmdə asanlıqla qalib gələcəyi deyilirdi. Bununla birlikdə, Tramp 420 mindən çox amerikalının həyatına son qoyan Covid epidemiyasına qarşı lazımi tədbirləri görə bilmədi. Pandemiya Amerika iqtisadiyyatında durğunluq yaradıb və işsizlik nisbəti xeyli artıb. Pandemiya, eyni zamanda, iqtisadi cəhətdən ən həssas qruplara daha çox təsir etdi. İtkilərin böyük əksəriyyəti isə səhiyyə sisteminə çox məhdud girişi olan qaradərili amerikalılar və ispanlar arasında oldu. Trampın “ağdərili Amerika üstünlüyü”nü müdafiə edən qruplara olan simpatiyası da qaradərili amerikalıların əsrlərdir formalaşan əzginlik hissini daha da dərinləşdirdi.

Tramp epidemiya ilə mübarizədə elmin rəhbərliyi əvəzinə, elmə qarşı müharibə elan etmişdi. Tərəfdarları da birmənalı olmayan, əsassız nəzəriyyələri faktlarla əvəz etdilər. Bu cür nəzəriyyələr siyasi, dini, iqtisadi və mədəni sahələrə də yayıldı. Trampın seçkilərdə məğlub olmasında epidemiyaya qarşı həyata keçirdiyi siyasətlə birlikdə, iqtisadiyyatın durğunluğu və işsizliyin yüksəlməsi ciddi rol oynadı. Digər tərəfdən, qaradərililərə, ispanlara və digər ağdərili olmayan amerikalılara qarşı polis zorakılığı geniş yayılmış sosial iğtişaşlara səbəb oldu.

Poçtla səsvermənin genişlənməsi də seçici fəallığının artmasına səbəb oldu. Respublikaçı seçicilərin bəyənmədikləri poçtla səsvermə prosesi Demokratların xeyrinə oldu. ABŞ-da Baydenin aldığı ümumi səs sayı qədər, səsverməyə getməyən seçicilər də var idi. Bu seçicilər “Amerikanın Üçüncü Partiyası” kimi xarakterizə olunur. 2020-ci ildə səs verən seçicilərin 1/4-i özlərini “əlaqəsiz” olaraq xarakterizə edirlər. “Özünə inamsız” və “əlaqəsiz” seçiciləri qazanmağa çalışmayan Tramp da öz fərdi üslubu ilə ölkənin böyük bir qismini özündən uzaqlaşdırdı.

Co Bayden iki tərəfli razılaşmaya əsaslanan “Amerika Quruluş Nizamı” daxilində formalaşan yaşlı bir siyasətçidir. “Quruluş Nizamı”nın daxilində və xaricində üzərinə vəzifələr götürən Bayden də bu prosesdən cavabdeh olmalıdır. Xarizmatik bir siyasətçi olmayan Bayden Trampa qarşı olan geniş nifrət və narazılıq dalğası sayəsində seçkilərdə qalib gəldi. Tramp isə qurutmağa söz verdiyi “Vaşinqton Bataqlığında” boğularaq öz prezidentlik dövrünü başa vurdu.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar