Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

Yevlax İcra Hakimiyyətinin inzibati binasında oğurluq olub. 

PİA.az xəbər verir ki, bu barədə reportaj.tv-də yayılan məlumatda bildirilir. İnternet rsursu bildirir ki, Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin küllü miqdarda pulu oğurlanıb.

Belə ki, başçının köməkçisinin otağından 50 min manat yoxa çıxıb. Hadisə ilə bağlı rayonda böyük ajiotaj yaranıb. Dərhal şübhəli şəxslərin axtarışına başlanıb. Pulları götürən şəxs ehtiyyatlı davransa da kameralara yaxalanıb və şəxsiyyəti müəyyən edilərək həbs edilib.

Rəhbərliyin "halal" pulunu çırpışdıran şəxs isə elə İcra Hakimiyyətinin öz işçisi olub. Memarlıq şöbəsinin mütəxəssisi Elnur Məmmədov günahını etiraf edib. Cinayətin üstü açılsa da icra başçısının tapşırığı ilə hadisənin ictimaiyyətə sızmasının qarşısının alınması üçün möhkəm tapşırıq verilib.

Məlumatda qeyd olunur ki, bunun da öz səbəbləri var. Əvvala hadisənin özü və cinayətin törədilməsi suallar doğurur. İlk əvvəl o ağıla gəlir ki, icra başçısının müavini olan Ceyhun Kərimxanovun kabinetində bu boyda nəğd pul haradandır?

Son zamanlar belə iri həcmdə olan pulları ancaq Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi rüşvətxor icra başçılarının və müavinlərinin otağından çıxarılarkən görmüşük. Məlum olmuşdu ki, icra başçıları işsiz və aztəminatlı vətəndaşları ictimai işlərə cəlb ediblər, əməkhaqqı kartlarına köçürülən pulları mənimsəyiblər.

Bundan əlavə, onlar rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini də ələ keçiriblər. Eləcə də rayonda yeni inzibati binaların tikintisinə ayrılan dövlət vəsaitlərini dədə malı kimi həzmi rabedən keçirmişdilər. Həbs edilən başçılar və müavinləri həm də tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pullar almışdılar. Bura fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan aldıqları vəsaitlər də daxil idi.

Görəsən Yevlax İH-də oğurlanan pulların mənşəyi haradandır? Əgər İcra Hakimiyyəti bu məlumatın gizli qalmasını istəyirsə, demək bu oğurluq pulun da mənşəyi naməlumdur.

Mənbənin kanala bildirdiyinə görə Elnur Məmmədov pulun mənbəyindən xəbərdar imiş. Yəni pulun hansı iş adamından , hansı şəraitdə, nə səbəbə alındığını bilir...

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – Son dəqiqə

“10 noyabrda Ermənistan Bakıya raket zərbələri endirdi” - Rus hərbi eksperdən sensasion bəyanat

“Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar...”

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – Vəkildən sensasion açıqlama

Emin Ağalarov Xəzərin sahilində yeni obyektlər tikir - Fotolar

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Ermənistanda hərbi çevriliş... - Rusiya səbr kasasını dolduran Paşinyanı bu dəfə yola sala biləcəkmi?

“Təcridxanadan çıxan Ziya Kazımovun ilk sualı bu oldu” - Vəkil

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb 

“İnvestisiya Holdinqindən çox böyük gözlənti var”

Ən çox oxunanalar