Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müasir dəniz quldurlarının arxasında hansı dövlətlər dayanır? - Okeanda gəmilərə basqın quldurluqdur, yoxsa gizli əməliyyat?...

Artıq bilirik ki, həm terrorizm, həm də quldurluq Afrikadakı güclərin mübarizəsi ilə birbaşa əlaqəlidir. Türk gəmisinə hücum edildiyi bölgə də bu mübarizənin ən qaynaq nöqtələrindən biri idi...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 25 yanvar 2021-ci il

Qərbi Afrikadakı Qvineya sahillərində “M/V Mozart” adlı bir türk gəmisi nigeriyalı dəniz quldurlarının hücumuna məruz qalıb. Bir adamı öldürən quldurlar ekipajdan 15 nəfəri qaçırıblar.

Türkiyə qaçırılan ekipajı indi var gücü ilə xilas etmək üçün piratarın hücumlarının arxasındakı sirli əlaqələri çözməyə çalışır. Bu bölgə terrorun yüksəldiyi və enerji yolları baxımından çox kritik olan bir ərazidir. Belə olduqda da hadisənin “terror” və “pirat” tərəfi müzakirəyə açılır.

Qərbi Afrikanın müstəmləkəçilik tarixinin və çoxmillətli şirkətlərin milliləşdirildiyi bir zamanda baxış bucağımızı daha da dərinləşdirməliyik. İlk yada düşən məsələ isə Türkiyənin Afrikada bu qədər dərin əlaqələr qurması və bundan narahat olan şəxslərdir.

Hamının ağlına Fransa gəldi

Fransanın Afrika və Şərqi Aralıq dənizində Türkiyə ilə böyük bir hesablaşmaya girməsi və Makronun təlaşla Türkiyəyə hücum etməsi Fransanı şübhəli vəziyyətinə saldı. Kimlərsə Türkiyəyə mesaj vermək istəyir?

Məsələn, Türkiyənin Somalidəki köklü əlaqələrini hədəfə alan İngiltərə təşkilatlarının hücumları arasındakı əlaqə bu vəziyyətdə Fransa ilə bağlı ola bilərmi?

Qərb ölkələrinin və transmilli şirkətlərin terror təşkilatlarından silahlı qüvvə kimi istifadə etməsi artıq hər kəsə məlumdur. Beləliklə, bu hadisədə terrorizm və quldurluqdan əlavə, həmçinin, digər əlaqələr barədə düşünməliyik.

Asiya-Sakit okean hövzəsində dəniz quldurluğu və MKİ-nin gizli işgəncə gəmiləri

11 sentyabr 2001-ci il hücumlarından dərhal sonra Cənubi Çin dənizində, Filippinlər ətrafında və Asiya-Sakit okean hövzəsində dəniz quldurluğu yüksəlməyə başladı. Onlarla gəmi hücuma məruz qaldı, qaçırıldı və ya itkin düşdü. 21-ci əsrin müasir dünyanın “dəniz quldurluğu”na ilk dəfə orada şahid olduq. Dünya isə bunu dəniz təhlükəsizliyi problemi kimi qəbul etdi. Ancaq illər sonra qaçırılan tankerlərin, gəmilərin MKİ tərəfindən işgəncə və həbsxana gəmiləri kimi istifadə edildiyi ortaya çıxdı. “İslam terrorçusu” olaraq damğalanan gənclər müsəlman ölkələrindən və müharibə bölgələrindən qaçırılıb, bu gəmilərə həbs edilib, dindirilib və işgəncə görüblər.

Onların bir çoxundan heç xəbər alınmayıb. Yəqin ki, öldürülüb və ya dənizə atılıblar. ABŞ administrasiyası beynəlxalq qanunlardan yayınmaq üçün ölkələrin hakimiyyətindən kənarda, açıq dənizlərdə belə bir tətbiq həyata keçirib.

Asiya-Sakit okean hövzəsindəki dəniz quldurluğu isə sonradan bıçaq kimi kəsildi. Heç kim niyə başladığını, niyə bitdiyini başa düşmədi.

“Somali quldurları”nın mərkəzi Londonda idi

Lakin tezliklə Somali sahillərində də həmin “pirat” partlayışı başladı. Qırmızı dənizin Hind okeanına açıldığı və dünyanın ən böyük enerji və dəniz dəhlizlərindən biri olan bölgədə onlarla gəmiyə hücum edildi. Dünya “Somali quldurları” ilə mübarizə aparmaq üçün səfərbər edilmişdi. ABŞAvropa hərbi dəniz qüvvələri Cibutini dünyanın ən böyük dəniz bazalarından birinə çevirmişdi. Quldurlar enerji və geosiyasi hədəflər üçün inanılmaz bir bəhanəyə çevrilmişdilər.

Lakin sonradan Somali quldurlarının qərargahının London olduğu ortaya çıxdı. Biz sadə mühərriklərlə gəmilərə hücum edənləri izləyirdik, lakin maliyyə, enerji və kəşfiyyat dairələri Londondakı lüks ofislərindən Somali quldurlarına göstəriş verirdilər. Hansı ölkələrin gəmilərinə hücum ediləcəyinə məhz burada qərar verilirdi. Yalnız enerji baxımından deyil, eyni zamanda ABŞAvropanın Afrika və Yaxın Şərqdə daha da məskunlaşması üçün şərait yaradılırdı.

Sonra o da “bıçaqla kəsilib atıldı”. Çünki hədəflərinə çatmışdılar.

Baltik dənizində Rusiya gəmisi necə qaçırıldı?

2009-cu ilin iyul ayında Baltik dənizində daha “incəliklə hazırlanmış” bir “pirat” hadisəsi baş verdi. Malta gəmi reyestrində qeydiyyatda olan 98 metr uzunluğunda bir yük gəmisi rus ekipajla birlikdə 20 iyulda lövbər saldığı Finlandiyanın “Pietarsaari” limanından aldığı 1,3 milyon dollarlıq “taxta” yükü Əlcəzairə çatdırmaq üçün yola çıxdıqdan sonra yox oldu.

“M/S Arctic Sea” adlı gəmi yola düşdükdən üç gün sonra İsveç sahillərində dayandırılıb. 24 iyulda gəmi İsveçin Öland və Qotland adaları arasında izlənilib, amma daha sonra gəmidən bir də xəbər alınmayıb.

12 nəfər olduğu deyilən qara paltarlı və maskalı insanlar gəmiyə miniblər. Heyəti zərərsizləşdirib və bağlayıblar. Narkotik polisi olduqlarını deyən bu insanlar gəminin rabitəsini dağıdıblar və mobil telefonları yığıblar. 12 saat sonra gəmini tərk ediblər.

Gəmi 23 gün sonra Seneqaldan 260 mil uzaqlıqda tapıldı. Gəmi tərk edilmişdi, ancaq bəzi “piratlar” gəmidə qalmışdı. Bir müddət sonra göyərtədəki izləmə cihazı da sökülüb və “Arctic Sea” tamamilə gözdən itib. Son siqnal isə Fransa sahillərində qeydə alınıb.

Bütün bunlar Avropa, Rusiya və Əlcəzairdə böyük təəccüb doğurdu. Atlantik okeanında, Avropa Birliyinin sularında əsl pirat hadisəsi baş vermişdi. 24 iyulda itən “Arctic Sea” 17 avqustda Kabo-Verde adaları ətrafında, Senaqaldan 280 mil məsafədə, yəni Qərbi Afrika sahillərində tapıldı.

Məbəd Cəngavərləri və “Blackwater”... Quldurluq, yoxsa gizli əməliyyat?

İsveç sahillərində qaçırılan gəmi İngiltərə, Fransa, İspaniya və Portuqaliyanı da keçib, Qərbi Afrikaya aparılıb və heç bir Avropa ölkəsinin bundan xəbəri olmayıb. Yəni öz sahillərindən keçən gəmini tapa bilmirdilər. İnanılmaz bir vəziyyət idi.

Bəzilərinin fikrincə, bu piratlıq deyil, Qərbin kəşfiyyat təşkilatlarının keçirdiyi ortaq bir əməliyyat idi. Yəni özünü Məbəd Cəngavərləri kimi görən “Blackwater”in əməliyyat bazasındakı gəmi qaçırılmayıb, əksinə gizli bir əməliyyat üçün istifadə edilmişdi? Yaxud da gəmidə nə tapılmışdı? Bunu heç kim bilmir.

Bu dəfə “piratlığın” mərkəzi ofisi Parisdə ola bilərmi?

Niger körfəzi, Qərbi Afrika sahilləri, Afrikanın enerji və zənginliklərinin dünyaya açıldığı qapılar idi. Məsələn, neft ölkəsi Nigeriyada heç vaxt sabitlik təmin edilməyib. Bu ölkə terror təşkilatları və hücum mərkəzlərindən birinə çevrilib. Artıq bilirik ki, həm terrorizm, həm də quldurluq Afrikadakı güclərin mübarizəsi ilə birbaşa əlaqəlidir. Türk gəmisinə hücum edildiyi bölgə də bu mübarizənin ən qaynaq nöqtələrindən biri idi.

Son quldurluq hadisəsi bu əlaqələri görməyin yolu ola bilərdimi? Bu, Afrika üzərindəki mübarizə ilə bağlı bir mesaj idi? Bəlkə də, quldurların qərargahı elə Parisdədir?

Unutmayaq ki, terror təşkilatları kimi, quldurluq da bu ölkələr tərəfindən idarə olunur. Terror istila üçün zəmin hazırladığı kimi, quldurlar da maraqlar üçün bir uyğun bir mühit hazırlayırlar.

Təbii olaraq, quldurluğun arxasındakı məqamları hekayəni hələ bilmirik. Sadəcə bəzi nümunələr vermək olur. Tamamilə fərqli və daha qarışıq bir hekayənin ortaya çıxması da mümkündür.

Afrikaya son zamanlar ən böyük enerji ilə girən ölkə Türkiyədir. Əgər verilən mesaj bununla əlaqəlidirsə, Türkiyə bunun öhdəsindən gələ bilər. Bunun əvəzini, təkcə quldurlar deyil, həm də arxasındakı ölkələr və şirkətlər də ödəyəcəklər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar