Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

Partiya sədri açıqlamasında bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları əhalini incitməklə ölkə rəhbərliyinə qarşı qaldırırlar:

“Bunlar nə dövləti, nə də xalqı saymırlar. Hamısı Ramiz Mehdiyevdən qalma kadrlardır, xalqı, dövləti dağıtmaqla məşğul olurlar. Görün, bunlar nə qədər harınlayıblar ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru xalqdan oğurladığı pulların hesabına özünə böyük istixana kompleksləri, biznes yerləri qurub. Bu, çox ciddi qanun pozuntusudur, dövlətin qanunlarını saymamaqdır. Yəni, bu adamlar demək istəyirlər ki, biz dövləti, xalqı tanımırıq, saymırıq. Onların məqsədi ölkədə inamsızlıq mühiti yaratmaqdır. Bu, Ramiz Mehdiyevin yaratdığı ideologiyadır ki, “Azəriqaz” rəhbəri və digərləri də bunu icra edirlər. Mən də nazir işləmişəm, amma heç zaman qohumlarımı o nazirlikdə vəzifəyə qoymamışam. Amma Ruslan Əliyev “Azəriqaz”-ı qohumlar təşkilatına çevirib. Sanki bu qurum qohumlar idarəsidir”.

Partiya sədri “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin korrupsiya əməllərinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına çağırış edib:

“Məndə məlumatlar var ki, “Azəriqaz” rəhbərliyi camaatın sayğaclarından oğurladığı milyonların hesabına özlərinə böyük biznes şəbəkələri yaradıb. Azərbaycanın hüquq-mühafizə orqanları “Azəriqaz” İstehsalat Birliyində təcili yoxlama əməliyyatları keçirməlidir, bu quruma rəhbərlik edən şəxslər həbs edilməlidir. Necə olur axı, hansısısa quldurlar qaz sayğaclarına müdaxilələr etməklə xalqın cibindən oğurladıqları pulların hesabına özlərinə istixana biznesləri yaradırlar, pomidor-xiyar satıb varlanırlar. Xalq isə soyuqdan donur, pis vəziyyətdə yaşayır. Bu cür məmurlar müzakirəsiz həbs edilməlidir”.(konkret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar