Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il boşanma ilə bağlı 1182 ərizə qəbul edilib - Ədliyyə Nazirliyi

Ötən il Azərbaycanda 35 576 nikah qeydə alınıb.

Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, 2018-ci ildən faktiki nikah münasibətində olan şəxslər müəyyən edilir:

“Onların tibbi müayinədən keçmələri təmin olunmaqla nikahları dövlət qeydiyyatına alınır. 2020-ci ildə də maarifləndirmə işi ilə faktiki nikahda olan 1 420 cütlük müəyyən edilib, onlardan 981-nin nikahı dövlət qeydiyyatına alınıb”.

Xidmət rəisi deyib ki, ötən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət edən 61 erkən nikah yaşında olan şəxs və onun yaxınları erkən nikah və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi-psixoloji təsiri barədə məlumatlandırılıb, 53 maarifləndirmə işi həyata keçirilib.

R.Kərimovanın sözlərinə görə, ötən il qeydiyyat şöbələri tərəfindən nikahın pozulması haqqında 1182 ərizə qəbul edilib:

“Onlardan 1 550-si psixoloqla söhbətə cəlb edilib. Qeydiyyat şöbələrində söhbətə cəlb edilmiş 288 cütlük nikahın pozulmasından imtina edib". (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar