Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BŞİH xüsusilə hansı obyektlərdə nəzarətin ciddi olacağını açıqladı

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən bir sıra ticarət obyektlərinin fəaliyyətinə icazə verilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən verilən məlumata əsasən, bu gün Bakı şəhəri üzrə ticarət obyektlərinin təxminən 50 faizi və ya 3 500 civarında ticarət obyekti fəaliyyətə başlayır.

Belə ki, yalnız gündəlik tələbatı ödəməyə xidmət edən mağazalar: qeyri-ərzaq məhsulları, mebellər, ticarət və tikinti malları, maşınlar və onlar üçün ehtiyat hissələri, təsərrüfat məhsulları, kosmetik vasitələr, geyim satışı ilə məşğul olan mağazalar və s. ticarət obyektlərinin fəaliyyəti bərpa edilir.

Bildirilib ki, monitorinqlərə bu gündən start verilib, lakin ötən həftənin şənbə-bazar günləri bəzi mağazalara baxış keçirilib və məlumatlandırma işləri aparılıb:

"Əsas tələblər dəyişməz olaraq qalır: ticarət obyekti daxilində personalın tibbi maskadan istifadə etməsi, mağazaya daxil olan şəxslərin mütləq şəkildə maskadan istifadə etməsi və eləcə də kassa aparatları olan yerdə dezinfeksiya vasitələrinin olması kimi pandemiya başlayandan qüvvədə olan məsələlər bu gün də əsas tələbləri təşkil edir. Bir digər əsas tələb isə sosial məsafənin saxlanılmasıdır. Əgər mağazanın ölçüsü 10-20 kvadrat metrdirsə, orada 5-10 nəfərdən artıq müştəri olmamalıdır. Mütləq şəkildə iki metr məsafə qaydası gözlənilməlidir. Bu sadalanan məsələlərə riayət olunmadığı halda tərəfimizdən bu hallar qeydə alınır və müvafiq tədbirlər həyata keçirilir".

Əsasən, hansı növ ticarət müəssisələrində nəzarət mexanizmlərinin tətbiqinə xüsusi diqqət yetiriləcəyi ilə bağlı da məlumat verilib:

"Əsasən uşaqlar üçün mağazalara, qənnadı məhsulları, ərzaq məhsulları, təsərrüfat malları, məktəb və məktəb ləvazimatları, tekstil məhsulları, elektrik cihazları satılan mağazalara ciddi nəzarət həyata keçiriləcək. Xüsusilə elektrik cihazları satılan mağazalarda sıxlıq daha çox müşahidə olunduğundan nəzarət də buna uyğun formada aparılacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar