Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman zabitimiz - Fotolar

Vətən Müharibəsi Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biridir. Məhz bu müharibədə Azərbaycan Ordusu ən qısa zamanda ardıcıl qələbələr qazanaraq müasir hərb tarixinə yeni salnamə bəxş etdi. Müharibə ordumuzun hərbi birləşmələrinin bir gün də olsa, geri çəkilmədiyi, heç bir döyüş əməliyyatında təslim olmadığı nadir zəfər tarixinə çevrildi.

Şübhəsiz, bu uğurlar Azərbaycan xalqına onun qəhrəman oğullarının – ordumuzun əsgər və zabitlərinin canları, qanları bahasına əldə olundu. Belə qəhrəmanlarımızdan biri də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş kapitan Seymur Cabbarovdur.

Seymur İlham oğlu Cabbarov 24 yanvar 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. 1993-cü ildə orta məktəbin 1-ci sinfinə gedib. 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Dörd il sonra məktəbi bitirib, müdafiə nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi alaraq Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit İxtisas Kursunun dinləyicisi təyin edilib. 2009-cu ildə ixtisas kursunu başa vuran Seymur Cabbarov Gəncə, Gədəbəy, Füzuli, Naxçıvan, AğcabədiBeyləqanda hərbi xidmətdə olub.

Ötən il sentyabrın 27-də başlayan Vətən Müharibəsi Seymur Cabbarovun da çoxdan gözlədiyi gün, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün tarixi fürsət idi.

O, Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda gedən ağır əməliyyatlarda şəxsi fədakarlıqlar göstərib. Bir sıra döyüşlərdə misilsiz şücaətləri ilə seçilən kapitan Cabbarov şəxsi heyətin, döyüş texnikasının təhlukəsizliyin təmin edərək, eyni zamanda düşmənə sarsıdıcı zərbələr vuraraq şanlı qələbəmizdə mühim izlər qoydu. Lakin oktyabrın 3-də Füzulinin azad olunması uğrunda gecə saatlarında gedən ağır əməliyyatlar Seymur Cabbavrovun son döyüşü olub.

Şəhidimizin nəşi oktyabrın 6-da Naxçıvan Muxtar Respublikasına gətirilərək Şərur rayonunu Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Seymur Cabbarovun iki övladı yadigar qalıb. Şəhid kapitanımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Fotolar

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar