Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanda həbs edilən vəzifəli şəxsin şirkəti üzə çıxdı

“Ötən gün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun həbsi ehtimal ki, pandemiya ilə mübarizə tədbirləri sahəsində yeyintilərlə bağlıdır. Amma mümkündür ki, kənd təsərrüfatı sahələrinə ayrılan subsidiyalarla da bağlı olsun. İntiqam Mirzağa oğlu Abuşov Salyanda onlarla hektar torpaq sahibidir, 2001-ci ilin martında qeydiyyatdan keçmiş və rayonun Arbatan kəndində fəaliyyət göstərən  "İNTİQAM" KƏNDLİ /FERMER/ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir”.

PİA.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, fermerin rayonun baş sanepidemioloqu vəzifəsinə  təyinatı icra başçısı ilə əlaqələri və anlaşması sayəsində mümkün olub:

“Mərkəz direktoru özünün iri pambıqçılıq təsərrüfatı üçün dövlətdən mütəmadi olaraq subsidiya alıb, "Leqno-İmişli" MMC-nin əsas pambıq tədarükçülərindən biri kimi tanınır. "Leqno-İmişli" onun təsərrüfatına pambıq tədarükü üçün illik 20 milyon manatdan artıq vəsait ödəyib. Baş Prokurorluğun bir az əvvəl yaydığı məlumata görə, İntiqam Abuşov həkimlərin maaşını mənimsəyirmiş, ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar