Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan ədəbiyyatı Ukrayna dilinə tərcümələrdə” tədqiqatı dərc edilib - Foto 

Görkəmli şərqşünas alim, akademik Aqatangel Krımskinin 150 illiyinə həsr olunmuş və TÜRKSOY-un dəstəyi ilə nəşr edilən “Dövlətçiliyin yaradılmasının şərq ənənələri” kitabında ilk dəfə “Azərbaycan ədəbiyyatı Ukrayna dilinə tərcümələrdə (1917-2020)” biblioqrafik tədqiqatı dərc olunub.

“Report”un məlumatına görə, kitabın müəllif kollektivinin rəhbəri tarix elmləri namizədi Vladimir Omelçukdur.

Kitabın girişində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko, GUAM-ın baş katibi Altay Əfəndiyev, Ukrayna Milli Yazıçılar Birliyinin rəhbəri Mixail Sıdorjevski və başqalarının nitqi yer alır.

Azərbaycan ədəbiyyatının biblioqrafik tədqiqatı Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik məlumat şöbəsi tərəfindən hazırlanıb. Biblioqrafiyanın hazırlanmasında V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının fond və kataloqlarından, retrospektiv göstəricilərdən, dövlət biblioqrafiyasının nəşrlərindən istifadə edilib.

Tədqiqat üzərində kitabxananın Beynəlxalq informasiya və xarici əlaqələr şöbəsinin müdiri Tatyana Arseyenko, həmçinin Alina Kolesniçenko, Tatyana Qrişina, Anjela Şumilova, Yulya Fix çalışıblar. Biblioqrafik tədqiqatın redaktoru sosial kommunikasiyalar üzrə elmlər doktoru, V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik məlumat şöbəsinin müdiri Tatyana Dobkodur.

Kitab bu və digər azərbaycanlı müəllif barədə, onun əsərlərinin Ukrayna dilinə tərcümələrin mövcudluğu barədə maraqlananlara nəhəng kitabxana fondlarının tədqiqatına xeyli vaxt sərf olunmadan bu məlumatları daha tez əldə etməyə imkan verəcək.

Akademik Aqatangel Krımskinin 150 illiyinə həsr olunmuş və TÜRKSOY-un dəstəyi ilə nəşr edilən “Dövlətçiliyin yaradılmasının şərq ənənələri” kitabında həmçinin Azərbaycan tematikasına dair bir sıra materiallar yer alıb.

Xüsusilə, “Naxçıvanın Azərbaycan daxilində siyasi və hüquqi statusunun formalaşmasının mənşəyi (XX əsrin 20-ci illəri)”. Müəlliflər - Vladimir Omelçuk, Olqa Omelçuk və “Milli və regional təhlükəsizlik sistemlərinin formalaşması kontekstində Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətləri” - Müəllif - Aleksandr Dudnik və digər nəşrlər.

pia.az 


Etiket: Kitab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar