Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin Kəlbəcər yolunu istəməsinin arxasında hansı məqsəd dayanır?

“Son günlər ermənilərin Kəlbəcər yolundan istifadə etmək arzuları ilə bağlı piket keçirməsi və Rusiya sülh məramlı qüvvələrinin həmən gəlib onlarla danışıq aparması və bu hadisənin həm Rusiya və erməni mətbuatında geniş işıqlandırılması təsadüfi deyildir və açıq aşkar görünürdü ki, ortada bir ssenari vardır. Bu məsələ Stepanakertdəki qüvvələr tərəfindən yox, “yerli əhalinin əli ilə “ qaldırılır və Rus qüvvələrinin işə qarışmasına sanki legitimlik yaradılır”.

Bu sözləri politoloq Elxan Mehdiyev Qarabağda yaşayan ermənilərin keçirdiyi son aksiyaları şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, Kəlbəcər– Vartenis yolu ancaq və ancaq Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulandan sonra açıla bilər:

“Erməni tərəfinin taktikası belədir. İstənilən məsələni qaldırıb Prezident Putinə çatdırın və o da təbii öz növbəsində Bakı ilə danışacaq. Ya həll ediləcək ya da gündəmdə saxlanılacaq. Dadivank kilsəsi ilə olduğu kimi. Görünən odur ki, Rusiya burada ermənilərin tələbinə nüvə məsələsindən daha da həssas yanaşır. Buranı Rusiya xarici işləri S. Lavrovun dediyi kimi “zona otvetsvennosti” sayır..

Ortaya çıxan əsas sual budur ki, yaxşı bu Azərbaycanın dövlət sərhədləri yoxdur? Yoxsa Azərbaycanın ermənilər üçün sərhədləri açıq olmalıdır? O zaman Azərbaycan əsgəri KəlbəcərLaçının 3500 km hündürlüyündə nə üçün keşik çəkir? Əsgərlərimizin sağlamlığı hesabına dağları qorumaq nə məna daşıyır? Onsuz da ermənilər Laçından sərbəst gedib gəlirsə, o zaman elə sərhədi pozmaq istəyən niyə dağlardan keçməlidir ki. Kim istəsə Laçından sərbəst gəlib gedəcək və öz işini də görəcək. Bu cür suallar hamını düşündürür.

Biz Laçında problem yaşadığımız halda yenidən Kəlbəcər yolunu da ermənilərə sərbəst gəliş gediş üçün açarıqsa, o zaman Azərbaycanın təhlükəsizliyindən danışmaq mümkündürmü? Əsla yox.. Çünki dövlət ilk növbədə öz sərhədlərini qorumalıdır. O zaman belə çıxır ki, bizə düşmən olan Ermənistanla sərhədlər açıq qalır və dost olan Türkiyə, Gürcüstan və ya Rusiyaİranla sərhədlər bağlı olur? Hansı məntiqə sığır bu. Azərbaycanda kim bunu qəbul edər?

Bu işi legallaşdırmaq üçün son günlər cənab Lavrov da araya girmişdir. O Ermənistan rəsmi və qeyri rəsmilərinin Azərbaycana gəlməsində heç bir problem görmədiyini bildirir. Və Laçın koridorunun həmişə, on illiklər boyu danışıqlar mövzusu olduğunu bildirir. Danışıq mövzusu olmuşdur, amma heç kim bununla bağlı razılığa gəlməmişdir. Belə çıxır ki, həmsədrlərin təklif etdiyi bütün 6 prinsip üzrə razılıq olmamış və təkcə Laçın üzrə razılıq olmuşdur? Bu heç vaxt olmamışdır. Lavrov yaxşı bilir ki, Minsk Qrupunun rəsmi prinsipinə görə danışıqlarda bütün məsələlər üzrə razılıq yox idisə, heç bir məsələ ilə bağlı da razılıq yox sayılırdı. Heç vaxt da razılıq olmamışdır.

Digər tərəfdən görünən odur ki, Lavrov Azərbaycanı heç dövlət kimi görmür. Biz dost Rusiyaya getdiyimiz zaman 3 nəzarət nöqtəsindən keçdiyimiz halda, Azərbaycanla müharibə vəziyyətində olan ölkənin vətəndaşlari Azərbaycana nə cür sərbəst gedib gələ bilər?. Axı Rusiya Prezidenti Putin beynəlxalq hüquqa görə Daqlıq Qarabağ Azərbaycandır deyir. O zaman Lavrovun bu cür izahatı nə deməkdir?

Qısa olaraq, həm Rusiyaya və həm də ermənilərə bildirmək lazımdr ki, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulandan sonra və Azərbaycan- Ermənistan sərhəd keçid məntəqəsi yaradılandan sonra ermənilər də Kəlbəcər yolundan istifadə edə biləcəklər. O zamana qədər bu mümkün deyildir.

Erməni əhalisinin “niyə Azərbaycanlılar Agdərə -Kəlbəcər yolunu istifadə edir, biz isə bu yoldan istifadə edə bilmirik, bu 10 Noyabr anlaşmasına ziddir.” deməsinin yumşaq desək heç bir əsası yoxdur və manipulyasiyadan başqa bir şey deyil. Çünki Ağdərə-Kəlbəcər yolu ölkə-daxili yollardır. Bu beynəlxalq yol deyil. Qarabağ erməniləri də daxili yollardan istifadə edə bilər. Ancaq Agdərə- Vardenis yolu artıq beynəlxalq yoldur. Sərhəd keçid məntəqəsi olmayınca ermənilər bu yoldan istifadə edilə bilməz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar