Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimal-Cənub Nəqliyyat Dəhlizinin inşasının sürətləndirilməsi təklif edilir

Rusiya Dəmir Yolları” ASC-nin icraçı direktoru Mixail Pavlov İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə görüşüb. Görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin tam reallaşmasının sürətləndirməyin yollarını müzakirə ediblər.

“Report” İran KİV-lərinə istinadən xəbər verir ki, tərəflər bildiriblər ki, Azərbaycan, İranRusiya arasında olan Şimal-Cənub Nəqliyyat Dəhlizinin inşasındakı maneələri aradan qaldırılmasında maraqlıdırlar.

Tərəflər dəmir yolu layihəsinin iqtisadi əhəmiyyətini vurğulayaraq, İranda dəmir yolu ilə bağlı problem həll olunana qədər malların daşınması üçün dəmir yolunu əvəz edən başqa nəqliyyat növündən istifadə edilməli olduğunu söyləyiblər.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin tam hazır olması üçün İran, Gilan vilayətinin şimalındakı Rəşt və Astara şəhərləri arasında 170 kilometrlik dəmir yolunu tamamlamalıdır.

İran səfiri bildirib ki, İranRusiya arasında güclü dəmir yolu infrastrukturu mövcuddur: “Hər iki tərəf beynəlxalq layihənin icrasını sürətləndirmək üçün davamlı müzakirələr aparır”.

M.Pavlov, öz növbəsində, İran ilə əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə əhəmiyyət verərək, iki tərəfin İranın tranzit potensialının artırılması və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi kimi çox əhəmiyyətli məsələləri müzakirə etdiklərini bildirib.

Xatırladaq ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistan, İran, Əfqanıstan, Azərbaycan, Rusiya, Ermənistan, Orta Asiya və Avropa arasında yüklərin daşınması üçün 7 200 km uzunluğundakı multimodal gəmi, dəmir yolu və avtomobil yolları şəbəkəsidir.

Şimal-Cənub Nəqliyyat Dəhlizi Şimali AvropaAzərbaycan, Rusiya, İran üzərindən Şərqi Asiya ilə birləşdirəcək. İlkin mərhələdə dəhlizdən illik 5 milyon ton yükün daşınması gözlənilir.

"Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar