Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bağırovun Xruşovu güllələməsi” epizodu, plagiat söhbəti – Bağırova dair faktlar üzrə eksklüziv hüquqlar kimdədir?

Özünü “Slavyan-Türk xalqları hərəkatının lideri, psixoloji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı” kimi təqdim edən, azı 1994-cü ildən tanıdığım Adıgözəl Məmmədov bu günlərdə öz “Facebook” səhifəsində qəzetimizin və müəllifimizin adını çəkərək yazıb: “Əziz dostlar, çox xahiş edirəm, “Yeni Müsavat” qəzetində İlham Cəmiloğlu kimi özünü təqdim edən şəxsə çatdırın ki, mənim kitablarımdan oğurladığı materialları öz adına çıxarmağa son qoysun! Dəfələrlə bunu edir”.

Daha sonra o, “İlham Cəmiloğlunun plagiatlığının bir nümunəsini” - “Bağırovun Xruşovu güllələməsi - azərbaycanlıları “qanmaz” adlandırması komandirə baha başa gəlib” başlıqlı məqaləni göstərib.

Adı çəkilən müəllifin – İ.Cəmiloğlunun Musavat.com saytında gedən yazılarının redaktoru olaraq, neçə müddətdir davam edən “plagiat-oğurluq” söhbətinə, nəhayət, müdaxilə etməyi lazım bilirəm.

Öncə sözügedən məqalədə bəhs olunan hadisə barədə.

Bizim kənddə 41-45 müharibəsində iştirak etmiş çoxlu veteran vardı. Biri də qonşumuz Hümbət kişiydi. Onun məndən 2-3 yaş böyük oğullarıyla tez-tez çöldə-bayırda kitablardan, qəzet və jurnallardan, bir sözlə, keçmişdən-keçəcəkdən söhbətlər edərdik. İkisi də savadlı uşaqlar idi (İndi biri BDU-nun professorudur, o biri də BDU-da dosentdir). 1978-ci ilin söhbətini edirəm. Qonşularım ara-sıra Hümbət kişinin müharibə haqqında evdə danışdığı epizodlardan da bəhs edərdilər. Bir dəfə söhbət Mircəfər Bağırovdan söz düşmüşdü, Hümbət kişinin kiçik oğlu Məhəbbət dedi ki, o vaxt müharibədə Bağırov Xruşov adlı bir zabiti alayın gözü qarşısında güllələyib. Səbəb də bu olub ki, həmin Xruşov azərbaycanlı döyüşçüləri müntəzəm təhqir edirmiş. Bağırov həmin yüksək rütbəli zabiti güllələməzdən əvvəl bir azərbaycanlı əsgəri yanına çağırıb, əlini atıb əsgərin bit-birə basmış boynundan bir çimdik parazit götürüb, Xruşova göstərib və onu əsgərlərə pis baxmaqda, üstəlik, onları təhqir etməkdə ittiham edərək güllələyib.

Bu söhbət mənim uşaq yaddaşımda həkk olmuşdu. Həm də o səbəbdən ki, bunu sonralar başqa ağızlardan da eşitmişdim. Özü də deyirdilər ki, Stalindən sonra hakimiyyətə gələn Nikita Xruşov Bağırovdan məhz qardaşının (iddia olunurdu ki, güllələnən Xruşov SSRU rəhbəri Nikta Sergeyeviç Xruşovun qardaşı olub) qisasını alıb.

İki il əvvəl İlham Cəmiloğlunun 416-cı Taqanroq diviziyasının yaranma zərurəti barədə yazı gələndə 1978-ci ildə eşitdiyim söhbət yadıma düşdü. Yazıda yeni və səhih detallar vardı. Sonra Adıgözəl Məmmədovun plagiata dair iddiası səsləndi, o, qəzetimizin baş redaktorunun birinci müavini Azər Ayxana zəng edərək yazıdakı həmin epizodun (Bağırovun Xruşov soyadlı zabiti güllələməsi) onun kitabından “oğurlandığı”nı bildirmişdi. A.Ayxan da ona “araşdırarıq, belə bir şey varsa, üzr də istəyərik” deyə cavab vermişdi.

Biz də yüngülvari araşdırarkən aydın olmuşdu ki, yazı plagiat deyil, ümumiyyətlə, burada mövzu başqadır, sadəcə, çoxlarına çoxdan bəlli olan bir epizod bizim yazıda da yer alıb.

Adıgözəl Məmmədov və İlham Cəmiloğlu

İndi baxıram ki, Adıgözəl bəy hələ də iki il əvvəldə ilişib qalıb.

Stalin, Xruşov, Bağırov, Brejnev kimi adamlar elə tarixi şəxsiyyətlərdir ki, onların haqqında dünya xalqlarının azı 50-sinin dilində yüz minlərlə məqalə var. Onların iştirakçı olduqları tarixi hadisələr milyon dəfə ayrı-ayrı əsərlərdə təkrarlanır. Onları ilk dəfə kimin yazdığını araşdırmaq heç cür mümkün deyil.

Bu baxımdan Bağırovun Xruşov soyadlı zabiti güllələməsi hadisəsinə dair faktı ilk dəfə Adıgözəl Məmmədovun “ağır zəhmətlər (hələ maddi tərəfi bir yana dursun) hesabına ortaya çıxardığı” fikri absurddur. Yuxarıda dediyim kimi, mən özüm o hadisə barədə 43 il öncədən bilirəm. 416-cı Taqanroq diviziyasında qulluq edən minlərlə əsgər bunu on minlərlə qohum-əqrəbasına, onlar da on o qədər adama danışıblarsa, demək, bu söhbət hələ 50-60 il öncədən milyonlarla adama bəlli imiş.

Belə olandan sonra necə eksklüzivliyə iddia etmək olar?

Lap tutaq ki, İlham Cəmiloğlu müəllifin kitabının bir neçə sətridə, lap olsun, bir abzasında gedən tarixi faktı götürüb, öz yazısında ondan bəhrələnib, biz bunu danışmış, anlaşmışdıq axı. Söhbət bitmişdi. Təzədən köhnə söhbətə qayıtmağa nə ehtiyac var?

İndi nə edək? Nə vaxtsa hansısa yazımızda Bağırovun soyadını çəkəsi olsaq, Adıgözəl Məmmədovdan icazə alaq? Nə var, nə var, o, Bağırov haqqında kitab yazıb. Sanki bu, müəllifə Bağırovun həyat və fəaliyyətinə dair faktlar üzərində eksklüziv hüquqlar verir.

Adıgözəl Məmmədovun “bilmirəm belə bir adam varmı, yoxmu” deyə (əslində araşdırmaçı yazar bunu iki dəqiqəyə araşdırıb tapmalıydı) təqdim etdiyi İlham Cəmiloğluna gəlincə, o, jurnalistika fəaliyyətinə sovet dövrünün sonlarında başlamış, kifayət qədər ciddi imza sahibləri ilə eyni kollektivdə işləmiş, təcrübəli, araşdırma jurnalistikasında püxtələşmiş həmkarlarımızdandır. Sovet dövrünü əla bilir, Lenndən Qorbaçova qədər sovet rəhbərliyində təmsil olunmuş yüzlərlə dövlət xadimi barədə, yüzlərlə maraqlı hadisəyə dair yüzlərlə maraqlı tarixi oçerk yazıb. Üstəlik, onun zəngin kitabxanası var, rus dilini də mükəmməl bildiyindən sovet dövrünə aid materialları internet resurslarından əldə edir, Kremlin kitabxanasında növbəyə durmasına, eləcə də Adıgözəl Məmmədovun kitabını öz stolüstü kitabına çeviməsinə ehtiyacı yoxdur.

Xalid Kazımlı (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar