Cümə axşamı, 04 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur - XİN siyahını yenilədi

Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.

PİA.az-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildir.

Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub.

Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir.

2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.

Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub.

Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir. (Oxu.Az)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq...”

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

Təhsil Nazirliyinin nümayəndəsi: “Üstümüzə xod gedirsən” - Video

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

“Ərə getmək üçün uzun geyinə bilmərəm” - Səidə Sultan

Dünya şöhrətli həkimdən koronavirusa qarşı çay tövsiyəsi

İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi ilə tanış olub

"Azərbaycan Hindistanla qarşıdurmada Pakistanı dəstəklədi"

Ən çox oxunanalar