Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdakı abidələrimiz - Hünərli məbədi - Foto

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız ötən il 44 günlük Vətən müharibəsi nəticəsində yağı düşməndən azad olundu. Vətən torpaqlarına qovuşmağımız nə qədər sevinclidirsə, qədim yurd yerlərimizdəki tarixi-mədəni abidələrimizin dağıdılması, erməniləşdirilməsi ürək ağrıdır. İşğal olunmuş ərazilərdə bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilib. Düşmən tarixi ərazilərimizdəki abidələrimizin bir qismini məhv etməklə yanaşı, bəzilərini də erməniləşdirməyə cəhd göstərib, bu yerləri özlərinin "tarixi məskənləri" kimi qələmə verməyə çalışıblar.

PİA.az bildirir ki, Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılov Qarabağdakı abidələrimizlə bağlı apardığı araşdırmaları AZƏRTAC-a təqdim edib. Onun bu silsilədən olan ilk məqaləsi Hünərli məbədi haqqındadır.

Ermənilərin Tsakuri adlandırdıqları Hünərli kəndi Xocavənd rayonunun inzibati yaşayış mərkəzlərindən biridir. Kənd tarixi baxımdan çox əhəmiyyətli strateji bir ərazidə, hər tərəfi dağlar və meşələrlə əhatə olunmuş yerdə yerləşir.

Kəndin cəmi 29 evi və 104 sakini olmuşdur. Kənddə Qafqaz Albaniyası memarlığı üslubuna uyğun unikal məbəd mövcuddur. Məbədin inşa tarixi məlum deyil, lakin bəzi mənbələrdə bu abidənin XII əsrdə təmir edildiyi bildirilir. Abidənin memarlıq quruluşu onun dini xarakterli olmadığını göstərir. Yəni, abidə heç bir tarixi dönəmdə, hətta təmir edildikdən sonra da kilsə və ya monastr kimi istifadə olunmayıb.

Bu abidə haqqında ilk məlumatı 2018-ci il yanvarın 8-də Rusiyanın saytlarından əldə etmişdim. O dövrdə bu abidə baxımsız və miskin bir görkəmdə idi.

Abidənin divarları uçulub, tavanı yararsız hala düşüb.

Ermənilər 2018-ci ilə qədər də bu abidə üzərində bəzi dəyişikliklər edərək, giriş qapısı ətrafında bir neçə yazılı daş və xaç simvolu yerləşdiriblər.

Binanın daxilində isə divarı söküb şam yandırmaq üçün buxarı düzəldiblər. Bu "düzəliş" zamanı kobud və müxtəlif rəngli daşlardan istifadə olunduğuna görə dərhal diqqəti cəlb edir. 2019-cu ildə isə abidənin ümumi görkəmi tamam dəyişdirildi və Hünərli məbədi öz orijinal görkəmindən məhrum edildi.

1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"ya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal altında saxladığı ərazilərdə də bu mülkiyyətin formasının dəyişdirilməsinin, bir yerdən başqa yerə köçürülməsinin, oğurlanmasının yolverilməz olduğu qeyd olunur.

Təmir zamanı ermənilər abidəni bir neçə metr hündürləşdirib, ətraf divarların yuxarısına yeni memarlıq elementlər əlavə edərək, abidəni öz əzəli görkəmindən məhrum ediblər.

Qeyd edək ki, Hünərli kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il noyabrın 7-də işğaldan azad olunub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar