Bazar, 07 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Hökumət daxilində təhlükəli mafiya var...” - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama

Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Youtube”da yayımlanan “Xural TV”də sensasiya sayıla biləcək açıqlama ilə çıxış edib.

Yenicag.az xəbər verir ki, o, Azərbaycanda mütəşəkkil şəkildə fəaliyyət göstərən “qrant mafiyası”nın olduğunu bildirib. Onun iddiasına görə, həmin şəbəkə heç bir şəxsə və ya quruma böyük məbləğdə qrant almağa imkan vermir:

“5-10 min manat qrantı çoxları ala bilər, amma məbləğ çox olanda, bu mafiya məsələyə qarışır. Adlarını hələlik açıqlaya bilmərəm, çünki öz həyatıma görə qorxuram. Onlar iddiaçıya qara yaxırlar, onun adını saxta donoslarla ləkələyirlər, elə vəziyyətə salırlar ki, iddiaçı qrant müraciətindən imtina edir. Onlar özləri 10 milyon, bəzən hətta 10 milyon qrant alırlar. Və özlərindən başqa kimisə bu sahəyə yaxın buraxmırlar”.

MŞ funksioneri bildirib ki, o, özü də bu şəbəkənin qurbanına çevrilib:

“Mən xarici donordan 200 min manat qrant udmuşdum. Həmin şəbəkə məni elə günə saldı ki, həmin pul hesabımdan geri qaytarıldı”.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Zakir Fərəcovun restoranında toy məclisi - Polisdən əməliyyat

“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - Açıqlama

Paşinyanın oğlunun biabırçı görüntüləri yayıldı - Foto 

Xərçəngə qalib gələn “Toppuş bacı”nın son halı - Foto

Mübariz Mənsimov: "Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil"

Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general açıqladı  

Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur"

Vilayət Eyvazovdan yeni təyinat - Vüqar Qasımov vəzifəsindən azad edildi

“Yeni müharibənin başlaması...” - Bölgəmizdə fərqli situasiya yaranıb

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

Ən çox oxunanalar