APA-nın məlumatına görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Radiasiya Problemləri İnstitutunun Elmi işlər üzrə direktor müavini Hökmən Mahmudov, Baş mühasib Şəfa Qasımzadə, Kadrlar İdarəsinin rəisi Lətifə Qocayeva vəzifələrindən azad olunublar.
Bundan başqa Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.
Radiasiya Problemləri İnstitutunun idarəçiliyi muvəqqəti olaraq AMEA-nın Akademik katibi Adil Qəribova tapşırılıb.
***
Azərbaycan Milli Elmlər Akademiyasında kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, akademik, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Arif Həşimov isə Fizika İnstitutunun baş direktoru təyin ediliblər.
Eyni zamanda, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub. O, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin müşaviri vəzifəsinə təyinat alıb.
AMEA-dan təyinatlar Oxu.Az-a təsdiq edilib.
pia.az
z