Şənbə, 06 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Bunlar ermənilərdən geri qalmayan qüvvələrdir” – Çingiz Qənizadə

Avropada yaşayıb, Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan Sülh və Demokratiya İnstutunun direktoru Leyla Yunus yenə də öz ampluasındadır. Bu dəfə o, 146 nəfərlik siyahını Avropa institutlarına təqdim edib. Demək istəyirəm ki, Avropada olub, burada baş verən prosesləri necə görür, hansı məhbusun ailəsi ilə görüşüb, nəyə görə bu qənaətə gəlib, təbii ki, bunlar hamısı insanlarda suallar doğurur”.

Bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

“Bu insan həmişə mətbuatda gedən informasiyaları toplayıb, məhbus siyahısı hazırlamaqla məşğul olub. Azərbaycanda hər hansı bir məhbusun tutulması ilə bağlı müxtəlif fikirlər ola bilər və belə hallarda hüquq müdafiəçilərinə olunan müraciətlər əsasında ittiham aktları, məhkəmə hökmləri, saxlanma protokolları ilə tanış olub və bunun nə qədər qanuni və hüquqi olduğunu aydınlaşdırırıq. Bununla bağlı Azərbaycanda artıq formalaşmış məhbus problemləri ilə bağlı yaradılan “İşçi Qrupu”nda müəyyən müzakirələr aparırıq, kimin və nəyin haklı olduğu yerindəcə müzakirə olunur. Amma, Leyla Yunus kimi adamlar xaricdən qrantlar almaq məqədi ilə bu cür siyahılar hazırlamaq, avropalı qohum-əqrəbalarının, tanışlarının yanında hörmət, nüfuz qazanmaq və pul qoparmaq xatirinə belə qərəzli siyahılar hazırlamaqla əslində həm pul qazanırlar, həm də Azərbaycanın imicinə zərər vururlar”.

Hüquq müdafiəçisinin sözlərinə görə, belə qüvvələr heç də ermənilərdən geri qalmır: “Erməni təxribatları vaxtı, istər 2020-ci ilin iyul hadisələrində, istər digər sahələrdə ermənilərin törətdiyi təxribatlar eyni zamanda Vətən müharibəsi dövründə erməni vəhşilikləri ilə bağlı bir cümlə belə görmədim. Bu bir daha onu deməyə əsas verir ki, bunlar Azərbaycana düşmən kəsilən və heç də ermənilərdən geri qalmayan qüvvələrdir. Onların məqsədləri Azərbaycanın indiki siyasi hakimiyyətini gözdən salmaqdır. Müəyyən lahiyələri bu ad altında reallaşdırmaqla qərbdən, şərqdən müəyyən qrantlar əldə edib, pul qazanmaqdır. Belə hesab edirəm ki, bu cür adamların qaldırdığı məsələlərə, tərtib etdiyi siyahılara o qədər də əhəmiyyət verməyə ehtiyac yoxdur. Çünki, artıq Avropada Leyla Yunus və onun kimilərini yaxşı tanıyırlar”.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arif Rəhimzadə və Vazeh Əsgərov YAP İdarə Heyətinin üzvləri seçilib - Yenilənib

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

Ramiz Mehdiyevlə Vasif Talıbova maska taxdırdılar - Foto

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

Cahangir Əsgərovun həyat yoldaşının sərvəti - Bir neçə ayda 7.7 milyon...

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Paşinyanın oğlunun biabırçı görüntüləri yayıldı - Foto 

Ən çox oxunanalar