İranda ötən sutka ərzində 75 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bununla da İranda bu virusdan ölənlərin sayı 57 225 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 6 305 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 360 825 nəfərə çatıb. Virus daşıyıcılarından 4 134 nəfərin vəziyyəti ağırdır.
İranda indiyədək 1 151 676 nəfər koronavirusdan sağalıb, 8,79 milyondan çox diaqnoz testi həyata keçirilib.
pia.az