Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət “satqın”ı niyə hakimiyyətdən uzaqlaşdıra bilmir...

Ermənistan müxalifəti 10 noyabr üçtərəfli razılaşmasından sonra baş nazir Nikol Paşinyana “satqın” damğası vurub onu hakimiyyətdən uzaqlaşdırmaq üçün birləşsə də hələ ki, heç bir nəticəyə nail ola bilməyib. Paşinyan çoxlarını təəcübləndirərək hakimiyyətini qoruyub saxlamaqda davam edir və erməni politoloqlarının fikrincə hələ Ermənistanda onu istefaya məcbur edə biləcək qüvvə mövcud deyil.

Paşinyan hakimiyyətdən getmək fikrində olmasa da 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsini müxalifətə təklif edib. Lakin müxalifət seçkilərin ancaq Paşinyanın istefasından sonra mümkün ola biləcəyini deyir.

Yerevandakı Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İsgəndəryan “Kavkazskiy uzel”ə deyir ki, hipotetik növbədənkənar seçkilər məsələsində müxalifət daxilində kəskin fikir ayrılıqları mövcuddur və bu da təəcüblü deyil. Çünki ölkədə dərin siyasi böhran hökm sürür.

Onun fikrincə, hakim “Mənim addımım” blokundan başqa digər siyasi qüvvələr ancaq neqativ ətrafında birləşiblər. “Onlar vahid proqram ətrafında yox, Paşinyana qarşı birləşiblər. Ona görə də müxalifət koalisiyasının daxilində Ermənistan üçün tipik olan rəqabət meydana çıxır. Serj Sərkisyan Nikol Paşinyana parlaq Konstitusiya və “Seçkilər haqda qanun” qoyub gedib, bu konstitusiya və qanun hakim qüvvənin maraqlarına xidmət edir. Əgər hansısa qüvvə hansısa formada hakimiyyətə gəlsə və parlamentdə çoxluğa malikdirsə o zaman hüquqi yollarla bu hökuməti kənarlaşdırmaq praktiki olaraq mümkün deyil”,-İsgəndəryan deyir.

Politoloqun fikrincə müxalifət başa düşür ki, əgər sabah növbədənkənar seçkilər olsa onu udacaqları sual altındadır. Hətta seçkiləri udsalar belə birləşə bilməyəcəklər. Xüsusən də Edmon Marukyan özünün “İşıqlı Ermənistan” partiyası ilə artıq parlamentdə təmsil olunur.

İsgəndəryan qeyd edir ki, güclü küçə etirazlarını təşkil edə bilməyən zəif müxalifət hakim qüvvəyə seçkiləri keçirməməyin mümkünlüyü haqda mesaj verir. Ona görə də Paşinyan ya seçkiləri keçirmək istəmir, ya da elə indi keçirmək istəyir ki, orada haradasa 40 faiz səs yığsın və bundan sonra hakimiyyətdə qalan üç ilini də legitimləşdirsin. “Hakimiyyət hazırda bu iki variant arasında tərəddüd edir”,-Aleksandr İsgəndəryan bildirir.

Onun fikrincə müxalifət 10 noyabr razılaşmasından dərhal sonra küçə etirazlarına başlamaqla mürəkkəb vəziyyətə düşdü, çünki bu etirazlar gözlənildiyi kimi izdihamlı alınmadı. Lakin istənilən halda müxalifət bu etirazlara başlamağa məcbur idi, çünki etirazlar öz-özünə alovlanmışdı.

“Mən bunu görmürəm ki, Paşinyan istefaya getməyə hazırlaşır. Və mən bunun üçün səbəb də görmürəm. İstefaya getmirlər, istefaya məcbur olurlar. Onu istefaya getməyə məcbur olan heç bir qüvvə mövcud deyil, hazırda mən bunu görmürəm. Lakin bu indi belədir, o demək deyil ki, sabah Paşinyanı istefaya məcbur edən qüvvə ortaya çıxmayacaq. İndi situasiya elə deyil ki, Paşinyan güclüdür, sadəcə olaraq iş elə gətirib ki, ona qarşı çıxan ciddi qüvvə yoxdur. Və bu Ermənistan üçün standart situasiyadır. Biz respublikaçıların sonrakı dövrünə qayıtmışıq-parçalanmış zəif müxalifət və zəif, populyar olmayan hakimiyyət”,-politoloq belə hesab edir.

İsgəndəryan deyir ki, Paşinyanı dəstəkləyənlər əhalinin siyasi çaxnaşmalardan yorulmuş hissəsidir. Ermənistan sakinləri ikinci inqilab istəmirlər, birinci inqilabın nəticələri göz önündədir. Paşinyanın qatı əleydarları isə sadəcə olaraq onu devirmək üçün yetərsizdir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar