Bazar ertəsi, 08 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Şou-aksiya

Bir neçə gün əvvəl keçmış Ağdərə rayonun Heyvalı (Drambon) kəndi ərazisində Rusiya sülhməramlılarının müşayəti ilə Kəlbəcərə inşaat materialları aparan Azərbaycana məxsus avtomobil karvanının qarşısı ermənilər tərəfindən kəsilib. Məsələyə müdaxilə edən Rusiya hərbçiləri ilə söhbətdə ermənilər yolu bir şərtlə “Kəlbəcər rayonu ərazisindən daha qısa yolla Ermənistana getmələrinə imkan yaradıldıqdan sonra” açacaqlarını bildiriblər.

Yayılan videodan görünür ki, aksiya sülhməramlıların bilgisi daxilində əvvəlcədən planlaşdırılıb. Belə ki, ərazidə bir neçə televiziyanın çəkiliş aparması və rus sülhməramlılarının operativ şəkildə əraziyə gəlib, aksiya iştirakçıları ilə söhbətdə “arsax” ifadəsini özəlliklə işlətmələri bu ehtimalı artırır.

Digər tərəfdən videolardan aydın görünür ki, aksiya iştirakçıları arasında kənardan gələn şəhər tipli şəxslər kənd əhalisindən daha çoxdur. “Yol kəsmə” aksiyasının Rusiya XİN Lavrovun mətbuat konfransından dərhal sonra keçirilməsi təsadüfü sayılmamalıdır. Mətbuat konfransındakı çıxışında “Laçın dəhlizində” Azərbaycanın suverenliyini heçə sayan Lavrov həmin əraziləri Rusiyanın “məsuliyyət zonası” olaraq təqdim edib.

Nəzərə alınmalıdır ki, 10 noyabr anlaşmasında suverenliyimizi şübhə altına salan “məsuliyyət zonası” termini mövcud deyil. Hiyləgər Lavrov 2010-cu ildə olduğu kimi qəsdən prosesə yeni siyasi terminlər əlavə etməklə mahiyyəti dəyişməyə və münaqişə zonasında Rusiyanın nəzarətindəki əraziləri genişləndirməyə çalışır. Onun bu özfəaliyyətinə sərt münasibət bildirilməlidir.

Rusiya Sülhməramlıları noyabrın 10-dan sonra yerləşdikləri ərazilərlə bağlı yayımladığı xəritəni vaxtaşırı güncəlləyərək daha çox ərazini öz nəzarətlərindəki ərazilər kimi təqdim etməyə çalışırlar. Bu tipli xəritə oyunu bir neçə dəfə təkrarlanıb. 10 noyabr anlaşmasının birinci maddəsinə görə hərbi əməliyyatlar dayandığı anda ”tərəflər olduqları yerdə dayanırlar”. O zaman sual olunur: hərbi əməliyyatlar getmədiyi və mövqe dəyişikliyi baş vermədiyi halda xəritədə necə dəyişiklik aparıla bilər?

Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra Qarabağa gətirilmiş təxribatçılara qarşı dekabrın 11-də Böyük Tağlar və Çaylaqqala kəndlərində DTX-nın keçirdiyi antiterror əməliyyatından sonra oraya gələn “sülhməramlılar” həmin əraziləri öz “məsuliyyət zonalarına” daxil edərək xəritə dəyişikliyi etmişdi. Azərbaycanın sərt etirazından sonra Rusiya MN xəritəni əvvəlki vəziyyətə qaytardı. Amma vərdişkar olan Rusiya MN-liyi ölkə başçısının Şuşaya səfərindən sonra xəritəyə növbəti dəfə “əl gəzdirib” Şuşanı “oval vəziyyətdən çıxarıb mühasirəyə salıb”.

10 noyabrdan indiyə qədər yalnız Qarabağdakı erməni əhalinin himayədarı qismində çıxış edən Rusiya bölgədəki “fəaliyyət dairəsini və məsuliyyət zonasını” genişləndirmək üçün bu prosesdə yenə onlardan istifadə edir. Bölgədəki bütün strateji məntəqələrdə nəzarəti ələ keçirməyə çalışan Rusiyanın planlarını görmək çətin deyil. Belə ki, ehtiyac olmadığı halda terrorçu bir keşişin “xahişi” ilə Kəlbəcərdəki Xudavəng məbədində post quran Rusiyanın niyyəti indi Ermənistanla Qarabağı birləşdirən strateji Kəlbəcər yoluna nəzarəti ələ almaqdır. Bu məqsədinə nail olacağı halda KəlbəcərLaçının taleyi ilə üzləşə bilər. Bu isə 44 günlük savaşda qazanılanların masada itirilməsi anlamına gəlir.

Məsələnin mahiyyətinə dərindən varmayan bəzi xoşməramlı soydaşlarımız “gələcəkdəki birgəyaşayış naminə” “ Qarabağdakı ermənilərin Kəlbəcər ərazisindən Ermənistana getməsinə icazə verilməsini mümkün” hesab edirlər. Amma nəzərə almadıqları məqamlar var. Əvvəla Ermənistanla sərhədlərimiz tam olaraq nəzarət alınmayıb. Laçın Gorus arasında dövlət sərhəddində keçid məntəqəsi yaradılıb, sərhədçilərimiz öz xidməti vəzifələrini həyata keçirə bilmədiyindən, Ermənistandan Qarabağa gələn yola nəzarət olunmur. Bu ərazi və 5 km enindəki “Laçın dəhlizi” Rusiya hərbçilərinin nəzarətində olduğundan Azərbaycana düşmən mövqedə olan şəxslər və terrorçular rahat şəkildə ərazilərimizə daxil olub təhlükəsizliyimizi təhdid edirlər.

Digər tərəfdən Rusiya sülhməramlı missiyasının fəaliyyəti cəmiyyətdə kifayət qədər narahatlıq yaratdığından ikinci bir yolun açılıb, onların nəzarətinə verilməsi baltanı ayağımıza vurmaq anlamına gəlir. Bu baxımdan hazırkı vəziyyətdə Kəlbəcərdən keçən yolun açılmasına qəti şəkildə yol vermək olmaz. Qeyd edilməlidir ki, Rusiya tərəfindən yönləndirilən ermənilərin 10 noyabr anlaşmasına istinad edən bu iddiaları tamailə əsassızdır. Çünki, 10 noyabr anlaşmasına görə Ağdərədən keçən Tərtər-Kəlbəcər yolu ölkə daxili, Ağdərə-Basarkeçər yolu isə beynəlxalq yoldur.

Bu yoldan ermənilərin istifadəsinin yolu ancaq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, ona qarşı ərazi iddialarından əl çəkməsindən keçir. Bundan sonra iki ölkə arasında sülh müqaviləsi bağlanıb, diplomatik münasibətlər münasibətlər qurulmalıdır. Bütün bunlar baş verdikdən sonra bölgədə barış və əmin amanlıq bərqərar olacaq ki, o zaman Ermənistanla uyğun yerlərdə sərhəd sərhəd keçid məntəqələri qurula və ermənilər Laçın yolu ilə bərabər Kəlbəcər yolundan istifadə edərək Ermənistana gedib gələ bilərlər.

Oqtay Qasımov, eks-prezident Əbülfəz Elçibəyin köməkçisi

Turan


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev ağır xəstəlikdən əziyyət çəkir... - Video

Əli Nağıyevi “keçi qiyməti”nə satan, "vəzirovçu" Həsənovun son ümidləri də puç oldu

“Azərsu” rəhbərinin biznes şəbəkəsi də üzə çıxdı – Video

Tural Abbaslı“Lider” TV prezidentinin köməkçisi ilə əlbəyaxa oldu

Vilayət Eyvazov dünya çempionuna vəzifə verdi  

Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar

“Oba” market malların istehsal tarixlərini dəyişirmiş - Rəsmi açıqlama

Həbs edilən məşhur pəhləvan qardaşlara cəza verildi, birini infarkt vurdu - Əxlaqsızlıq yuvası işlədirdilər + Fotolar 

Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu - Yenilənib

Qazaxın işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılması prosesi də başlandı?..

Ən çox oxunanalar