Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın növbəti yalanı: Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar

AzərbaycanErmənistan arasında hərbi əməliyyatlar yekunlaşdıqdan sonra Ermənistan tərəfindən Qarabağa göndərilmiş terrorçu qruplar bir neçə təxribata cəhd etmişdilər.

Trend-in məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə göndərilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Rəsmi məlumatlara görə, saxlanılanların hamısı 26 noyabr 2020-ci il tarixində Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

Bu terrorçu qrupların təxibatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar oldu.

Bəs 10 noyabr bəyanatı və hərbi əməliyyatların dayandırılmasından sonra bu terrorçuların Azərbaycan ərazisinə niyə göndərilmişdi?

Terrorçu-diversantların Azərbaycan ərazisinə keçməkdə əsas məqsədləri təxribatlar törətmək olub. Lakin bu qruplar Azərbaycan güc orqanları tərəfindən tam zərərsizləşdirildi.

Bü gün Ermənistan mediasında müxtəlif fikirlər və ziddiyyətli rəqəmlər səsləndirən rəsmilər həmin terrorçulardan fərqli məqsədlər üçün istifadə etməyə çalışırlar. Bəzi Ermənistan rəsmiləri 62 nəfərin, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri Davi Şahnazaryan 235 nəfərin saxlanıldığını iddia edir. Hətta sosial şəbəkələrdə ermənilərin yazdıqlarına görə, 500-dən artıq erməni hərbçi saxlanılıb. Ermənistan rəsmiləri həmçinin onların azad olunmasını istəyirlər.

Bu məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyi nədir?

Azərbaycan müxtəlif rəsmi səviyyələrdə açıq şəkildə bəyan edib ki, Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri “hamını hamıya” prinsipi ilə qarşı tərəfə təhvil verib. Bu gün Ermənistanın azad olunmasını istədikləri şəxslərin isə hərbi əsrlərlə bağlı heç bir əlaqəsi yoxur. Həmin şəxsləri Ermənistan hərbi əməliyyatlar dayandırıldıqdan yəni Noyabr Bəyanatından sonra diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərib.

Həmin şəxslərin Azərbaycan ərazisinə müharibə zamanı yox, hərbi əməliyyatlar bitdikdən sonra göndərildiklərini Rusiya rəsmiləri də təsdiq edir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, noyabrın sonunda erməni hərbçilərindən, bildiyimə görə, çağırışçılardan ibarət böyük bir qrup ora göndərilib və onlar, 62 nəfər, dekabrın əvvəlində əsir düşüblər.

Bəs bu məsələ beynəlxalq humanitar hüquq normalarına əsasən necə həll olunmalıdır?

Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər. Beləliklə, Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını tələb etdiyi şəxslər hərbi əsir sayıla bilməzlər, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar