Bazar ertəsi, 08 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Vaşinqton Post”: “Navalnının həbsi Putinin əsl niyyətini üzə çıxarır”

ABŞ-ın “Vaşinqton Post” qəzetində rusiyalı siyasətçi Aleksey Navalnının Moskvada həbs olunması ilə bağlı redaksiya məqaləsi dərc olunub. Məqalə “Putinin Navalnını həbs etdirməsi onun əsl niyyətini üzə çıxarır” adlanır. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Rusiya prezidenti Vladimir Putin ötən həftənin sonu müxalifət lideri Aleksey Navalnını hava limanında saxlatdırmaqla bir daha hakimiyyət özbaşınalığını nümayiş etdirib.

Xatırlatmaq lazımdır ki, ötən ilin avqustunda Putinin təhlükəsizlik xidməti zəhərli maddədən istifadə etməklə Aleksey Navalnıya qarşı sui-qəsdə cəhd etmişdi.

Almaniyada müalicə aldıqdan sonra Moskvaya qayıdan Navalnı hava limanına çatan kimi tamamilə uydurma bir bəhanə ilə həbs olunub. Putin bu cür hərəkətlərlə çıxılmaz vəziyyətdə qaldığını get-gedə daha çox büruzə verir.

Rusiyanın Penitensiar Xidməti Navalnının 2014-cü ildə çıxarılan hökmlə müəyyən edilmiş şərti həbs cəzasının qaydalarını pozduğuna görə həbs olunduğunu açıqlayıb. Halbuki Navalnı və Avropa İnsan Hüquqları Məhkəməsi bu hökmün siyasi motivlərə əsaslandığını iddia edir.

Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçilib. Bütün bu tamaşa ölkədəki qanunsuzluğun nəticəsidir. Çünki qanun şərti həbs cəzası qaydalarının pozulması halında Penitensiar Xidmətə məhkəməyə başqa bir hökmün çıxarılması üçün müraciət etmək hüququ verir, lakin həbs etmək hüququ vermir.

Ancaq bugünkü Rusiyada qanun Putinin özüdür. Onun Federal Təhlükəsizlik Xidməti beş ay əvvəl Navalnıya sui-qəsd təşkil etmişdi. Navalnının hava limanında həbs olunması isə Putinin əlaltılarına verdiyi növbəti tapşırığın nəticəsidir.

Putinin havadarlarının Navalnını sovet dövrünə aid “Noviçok” adlı zəhərli maddə ilə öldürmək cəhdi Rusiyanın imzaladığı beynəlxalq sazişin şərtlərinə ziddir. Həmin saziş kimyəvi silahlardan istifadəni qadağan edir. Amerikalı senatorlar Mitt Romni, Xristofer Kuns, Ben Kardin, Marko Rubio və Kris Van Hollen Navalnını zəhərləyənləri məsuliyyətə cəlb etmək üçün ikitərəfli qanunvericilik təqdim edib.

Navalnının son həbsi beynəlxalq qınağa səbəb olmalıdır. ABŞ prezidenti Cozef Baydenin yeni administrasiyasında milli təhlükəsizlik üzrə müşavir postunu tutan Ceyk Sallivan Navalnının dərhal azadlığa buraxılmasını tələb edərək deyib ki, Kremlin Navalnıya hücumları təkcə insan hüquqlarını pozmaq deyil, həm də öz haqq səsini eşitdirmək istəyən rus xalqına təhqirdir.

Navalnı Putinə qarşı vahid çağırışa səbəb ola bilib. O, “Youtube” kanalında yerləşdirdiyi videolarla Putinin gizli sərvətlərini ifşa edib. Videoları milyonlarla adam izləyib.

Rusiyaya qayıdandan iki gün sonra Navalnı Putinə qarşı yeni bir həmlə edib. Özü dəmir barmaqlıqlar arasında olsa da, Navalnının komandası 1 saat 52 dəqiqəlik yeni video yayımlayıb. Bu videoda Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi vaxtdan Putinin və dostlarının ələ keçirdikləri sərvətlərdən bəhs edilir.

Videoda Navalnı Qara dəniz sahilində Putin üçün tikilmiş 1,35 milyard dollar dəyərində dəbdəbəli malikanə haqda məlumat verərək orada yeraltı buz meydançasının, geniş ərazinin, kazino, teatr və başqa lüks imkanların olduğunu söyləyir.

Bu malikanə sanki bir kral üçün tikilib. Oradakı dəbdəbə hətta milyarderə çevrilmiş dövlət məmurları barədə kifayət qədər məlumatı olan rusları da şoka sala bilər.

Hazırda Navalnı prezident Putinin son iyirmi ildə qarşılaşdığı ən güclü müxalifət lideri hesab olunur.

Hava limanında saxlanılarkən Navalnı deyib: “Mən qorxmuram”. O, Putin rejiminin mənəvi və siyasi iflasa uğradığını bildirib. Navalnı vurğulayıb ki, despot onu hava limanında polis vasitəsilə həbs etdirməklə bildiyi yeganə yolla mübarizə aparmağa davam edir.

Mənbə: Washingtonpost.com

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Tural Abbaslı“Lider” TV prezidentinin köməkçisi ilə əlbəyaxa oldu

Ukraynada müharibə başladı - Separatçılar hücuma keçdi - 20 ölü...

Vilayət Eyvazov dünya çempionuna vəzifə verdi  

Kanadanın baş nazirinin Anna Akopyanı gözlənilmədən öpməsi görüntüləri yayıldı - Video

Gənc qız sevgilisini yataqda doğradı - Lənkəranda qanlı cinayət 

Qadınların Cəzaçəkmə Müəssisəsindən inanılmaz etiraflar - Video

Porno ulduz Natalyadan xoşlanan Papa, hamilə qalan rahibələr, pedofil kilsə xadimləri

Ermənistanı Qazaxın işğal olunmuş kəndləri barədə yeni şayiələr bürüdü

Bakıda icazəsiz aksiya başladı -Saxlanılanlar var

Ən çox oxunanalar