Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Akarın şok planı: “Ayın sonuna qədər...” - Böyük əməliyyatın anonsu

“Türkiyə müdafiə naziri Hulusi Akarın Bağdad və Ərbil səfərləri zamanı verdiyi mesajlardan Şimali İraqdakı PKK hədəflərinə qarşı təsirli bir əməliyyat üçün şəraitin əlverişli olduğunu göstərir”.

PİA.az xəbər verir ki, bunu türk siyasi ekspert Mehmet Acet deyib.

Ekspert bölgədə keçiriləcək irimiqyaslı hərbi əməliyyatların dəqiq tarixinin məlum olmadığını bildirib:

“Tarixlə bağlı heç bir açıqlama verilməyib və bu açıqlamanın veriləcəyini gözləməməliyik. Lakin Akarın hərbi terminologiyada mühüm yer tutan “cəmrələrin düşməsi” sözünü xatırlamaq faydalı ola bilər. Anadoluda bu, baharın ilk müjdəsi kimi qəbul edilir. Bu hadisə isə Anadoluda yanvarın sonlarından başlayır.

Afrini xatırlatmaq istərdim ki, “Zeytun Budağı” əməliyyatı üç il əvvəl yanvarın 20-də başlamışdı. Suriyada olduğu kimi İraqdakı əməliyyat da hərbi uğur üçün ciddi bir üstünlük təmin edir. Digər tərəfdən, Kürd Regional Rəhbərliyinin son vaxtlar PKK ilə münasibətdə olması faktı əməliyyata yol açan amillər arasında da qəbul edilə bilər”.

Hulusi Akar dünən İraqa səfəri zamanı bildirib ki, qarşıdakı dönəmdə Türkiyə-İraq, Türkiyə-Ərbil əməkdaşlığı terrorizmlə mübarizədə çox önəmli gəlişmələrə səbəb olacaq.(Teleqraf)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzovla bağlı qərar veriləcək

Ən çox oxunanalar