Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın qazandığı siyasi divident - Rusiyadakılar imzalanan sənəddən məmnun qalmayacaq

"Azərbaycan və Türkmənistan müstəqilliklərini qazandıqdan sonra iki ölkə arasında münasibətlər gərgin idi. Azərbaycan neftçiləri 1989-cu ildə Xəzər dənizində neft yatağı aşkar etdilər. Azərbaycan neftçiləri bu yatağın adını “Kəpəz” qoydular. Ancaq SSRİ 1991-ci ildə dağıldıqdan sonra Türkmənistan bu yatağın Xəzərin ona aid olan hissəsində olduğunu bildirdi. Türkmənistan həmin yatağa “Sərdar” adını verdi. Bu iki dövlət arasında mübahisəyə səbəb oldu".

PİA.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Azərbaycanla Türkmənistan arasındakı mübahisə həm də Xəzərin statusuyla bağlı idi. Azərbaycan RusiyaQazaxıstanla Xəzər dənizində müəyyənləşdirdi və müvafiq sənədlər imzalandı. Ancaq Xəzərin statusu müəyyənləşsə də, Azərbaycan Türkmənistanla sərhəddi müəyyələşdirə bilmədi.

Bir neçə il əvvəl Bakı ilə Aşqabad arasında danışıqlar intensivləşdi. Rəsmi Bakı Aşqabada təklif etdi ki, Xəzərdəki “Kəpəz” (“Sərdar”) yatağı birgə istismar edilsin. Nəhayət Aşqabad bu formula razılaşdı. 21 yanvarda iki dövlət arasında imzalanan memorandum tarixi hadisədir.

Birincisi, Azərbaycan və Türkmənistan yeni yatağa “Dostluq” adını qoydular. Hər iki dövlət bu yatağı birgə işlədəcək və gəriləri bölüşəcəklər.

İkincisi, bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək.

Üçüncüsü, yataqla bağlı razılaşmadan sonra Bakı və Aşqabad Xəzər dənizində sərhədlərini də müəyyənləşdirə bilərlər. Bundan sonra iki ölkə arasında sonuncu mübahisə də həll olunacaq.

Dördüncüsü, sərhədlə bağlı sənəd imzalanandan sonra Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə boru xəttinin tikintisi danışıqlarına da başlaya bilərlər. Bu hamının xeyrinədir. Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəyirlər. Bu həmin boru xətlərinin daşınma həcmini artıracaq. Bundan sonra TAP və TANAP Rusiyanın “şimal axını” və “türk axını” boru xətləri ilə rəqabət apara biləcək.

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı (“Kəpəz” – “Sərdar”) ilə bağlı danışıqlar məxfi aparılırdı. Doğru strategiya idi. Çünki Bakı və Aşqabad xarici qüvvələrin sənədin imzalanmasına mane ola biləcəklərindən ehtiyat edirdilər. Rusiyadakı mərkəzlər imzalanan sənəddən məmnun qalmayacaqlar. Çünki həmin mərkəzlər Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınmasına qısqanc yanaşırlar.

“Dostluq” yatağı ilə bağlı memorandumun müharibədən sonra imzalanması Azərbaycana əlavə siyasi divident də qazandırdı. Azərbaycan həm müharibədə qələbə qazandı, həm də dostlarının sayını artırdı. Azərbaycan Türkmənistanla ittifaq yaradır. Bu ittifaqda Türkiyə və Əfqanıstan da maraqlıdırlar", - deyə politoloq şərh edib..(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Ən çox oxunanalar