Şənbə, 06 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ötən il Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırılıb

Yanvarın 21-də Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

PİA.az-ın məlumatına görə, əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

2020-ci il ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 8 nəfər intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 5 nəfərə töhmət elan edilib, 1 nəfərə irad tutulub, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunub.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı - Yenilənib

Arif Rəhimzadə və Vazeh Əsgərov YAP İdarə Heyətinin üzvləri seçilib - Yenilənib

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

YAP-da Əli Əhmədovu əvəzləyən Tahir Budaqov kimdir? - Dosye

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

Ramiz Mehdiyevlə Vasif Talıbova maska taxdırdılar - Foto

YAP-ın qurultayı başa çatıb - 40 nəfərlik İdarə Heyəti seçilib - Yenilənib

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

YAP-dakı vəzifələrini itirən icra başçıları

Ən çox oxunanalar