Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin qarşısındakı böyük sual - ABŞ və Rusiyanın Yaxın Şərqdəki siyasəti bundan sonra necə olacaq?

Rəsmi olaraq ABŞ-ın müttəfiqi olan ikinci ölkəni, yəni Türkiyəni bəziləri Vaşinqtonun müttəfiqi kimi, bəziləri də Yaxın Şərqdəki əsl düşməni olaraq görürlər...

Vitali Naumkin
“Şarkul Avsat” qəzeti, 20 yanvar, 2021-ci il

Bu yazıda ABŞ prezidenti Co Baydenin vəzifəyə başlamasından sonra Yaxın Şərqdə aparacağı siyasətlə bağlı əsas məqamları qeyd etməyə çalışmışam.

Onun rəhbərliyi altında ABŞ xarici siyasətinin Tramp dövrü qədər fərdiləşdirilməyəcəyini düşünmək olar. Bu, daha çox institusional və bəzi məqamlarda daha praqmatik olacaq. İnsan hüquqları ritorikası ilə önə çıxarılan mesajlar və ideoloji diktələr həmişə səsləndirilsə də, siyasət sahəsində peşəkarların və mütəxəssislərin qiymətləndirmələri əsas götürüləcək. Təbii ki, bu, Ağ Evin yeni ağasının öz komandası ilə birgə Yaxın Şərq bölgəsində aparacağı siyasətə də aiddir.

Moskva, ümumiyyətlə ABŞ-ın Yaxın Şərqdə gördüyü işləri tənqid edir və Sergey Lavrovun dediyi kimi “özünü şüşə qabların satıldığı dükanda bir fil kimi” apardığını düşünür. Bununla birlikdə, reytinqlər hələ də qaranlıq qalıb. Milli Tədqiqat Universiteti İqtisadiyyat Fakültəsinin professoru Fyodor Lukyanovun da qeyd etdiyi kimi, Tramp ABŞ-ın son on illərdəki və bəlkə də, Ronald Reyqan dövründən bəri ən sülhsevər prezidenti oldu.

Yaxşı, bəs bu təsvir nə dərəcə doğrudur? Məsələ burasındadır ki, Tramp vəzifədə olduğu müddətdə heç bir müharibəyə başlamadı. Ölkəsinin düşmənlərinə və rəqiblərinə (bəzən öz bildiyi kimi davranmağa başlayana qədər dost və müttəfiqlərinə) qarşı maliyyə və iqtisadi vasitələrdən istifadə etməyi üstün tuturdu. Həmçinin, gömrük tarifləri və sanksiyalar arenasında mühüm yer tuturdu. Üstəlik, oğul Buşun rəhbərliyindəki “sərhədsiz müdaxilələr” bir yana, Tramp Amerika qüvvələrinin bəzi Yaxın Şərq ölkələrindəki qüvvələrinin hərbi varlığını azaltmaq və ya geri çəkmək üçün verdiyi tələb və sözləri yerinə yetirə bilməsə də, onun hər hansı bir hərbi müdaxilə etmədiyinə də şahid olduq.

Bu gün rusiyalı mütəxəssislərin (və müəyyən dərəcədə beynəlxalq ekspertlərin) fikrincə, daxili siyasət məsələləri yeni prezidentin əsas gündəmində birinci yeri tutması və xarici siyasət məsələlərinin ikinci sıraya düşməsi gözlənilir. Digər tərəfdən, Yaxın Şərq məsələsi xarici siyasət komandası üçün belə vacib olmayacaq. Çünki bir tərəfdə Çin və Rusiyanı idarə etmək, digər tərəfdə də Baydenin əsas vəzifə kimi gördüyü transatlantik birliyini yenidən qurmaq məsələsi də var.

Yaxın Şərqə gəldikdə isə Vaşinqtonun prioritetləri arasında 3 qeyri-ərəb ölkəsi olacaq: İran, Türkiyə və İsrail. Bunlardan birincisi ABŞ-a düşmən və təhdid mənbəyi kimi qəbul edilməyə davam edəcək və buna görə də, ABŞ onu nəzarətdə saxlamağı əsas götürəcək. Ancaq bu siyasətlər Trampın dövründəki qədər sərt olmayacaq. Bu kontekstdə, tərəflərin münasibətlərindən də göründüyü kimi, müqavilədən çıxmazdan əvvəlki dövrdə qüvvədə olan status-kvoya geri qayıtmasalar da, Trampın nüvə anlaşmasından çıxmaq qərarı yenidən müzakirəyə çıxarıla bilər. Rəsmi olaraq ABŞ-ın müttəfiqi olan ikinci ölkəni, yəni Türkiyəni bəziləri Vaşinqtonun müttəfiqi kimi, bəziləri də Yaxın Şərqdəki əsl düşməni olaraq görürlər. Beləcə, Türkiyə ABŞ-la danışıqlara girməli olacaq. Sonuncu ölkə olan İsrail isə ABŞ-ın yaxın dostu və strateji ortağıdır. Ancaq ABŞ və İsrail arasındakı münasibətlər ənənəvi mahiyyətini qoruduğu halda, inamla deyə bilərik ki, xüsusən daxili siyasi gərginliyin kölgəsində özünü təhlükəsiz hiss etməyən və yeni ABŞ prezidentinin bütün həmlələrini qeyd-şərtsiz qəbul edə bilməyən Netanyahunun heç bir tənqidə məruz qalmadığı dövr artıq baş çatıb.

Şübhəsiz ki, Demokratlar Partiyası və Bayden seçiciləri arasında insan hüquqlarını qorumaq və demokratiyanı yaymaq meyli olduğu üçün yeni ABŞ prezidenti bu müttəfiqini də ciddi şəkildə tənqid edə bilər. İstənilən halda, bu üç ölkə Amerika adminstrasiyasının Yaxın Şərq gündəmində ciddi formada üstünlük təşkil edəcək.

Bunlardan əlavə, Ərəb Körfəzi ölkələri, Misir və İraq da var. Demokratlar və mühafizəkarlar, xüsusən də Amerikanın Suriyaya qarşı siyasətində böyük bir dəyişiklik gözləmədiyi üçün hələlik Suriyanı bir kənara qoyuruq.

Təəssüf ki, Tramp Yaxın Şərqdəki münaqişəni və Fələstin məsələsini radikal şəkildə danışıqlar masasından kənarlaşdıra bildi. Görəsən, Bayden bu vəziyyəti dəyişdirə biləcəkmi? Elədirsə, bunu necə edəcək?

Rusiyanın daim tələb etdiyi kimi, ABŞ-ın “Yaxın Şərq Dördlüyü” mexanizmini yenidən işə salması və bu Dördlüyün tədqiqatlarında ərəb ölkələrinin də iştirak etməsi ehtimalı ilə bağlı yeni ABŞ prezidentinin münasibətinin necə olacağı məlum deyil. Moskva həmişə bu fikri dəstəkləyib və Ərəb Birliyinə qoşulmaq üçün çağırış edib. Bu çərçivədə, Rusiya xarici işlər naziri Sergey Lavrovun BƏƏ-nin xarici işlər naziri Abdullah ibn Zayed ilə görüşməsindən sonra Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Misirdən ibarət yeni Ərəb Dördlüyünün rolu barədə müsbət danışdığını da qeyd etmək lazımdır.

“Ərəb Dördlüyü” və “Beynəlxalq Dördlük” birbaşa olaraq İsrail-Fələstin danışıqlarının bərpası şərtləri ilə bağlı bir razılığa gəlmək üçün öz səylərini birləşdirə bilər. Bu prosesin irəliləməsi üçün RusiyaABŞ bu sahədə sıx əməkdaşlığa qayıtmalıdır. Bəs ABŞ-ın yeni prezidenti buna hazırdırmı? (xüsusilə RusiyaABŞ-ın əsas rəqibi kimi gördüyünü nəzərə alsaq). Danışıqlar, əlbəttə ki, yaxşı addımdır, lakin sələfləri kimi təsirsiz qalmaq, fələstinlilərin hüquqlarını müdafiə etməmək, işğalın davam etməsinə və İsrailin torpaq ilhaqına töhfə vermək ehtimalları heç yoxdurmu?

Yeni adminstrasiyanın ən azından Trampın bu sahədə qəbul etdiyi zərərli siyasəti azaltmaq üçün hər hansı bir addım atmaq ehtimalına gəldikdə isə bəzi Qərb düşüncə mərkəzlərinin səsləndirdiyi maraqlı fikirləri də qeyd etmək istərdim. Beynəlxalq Böhran Qrupu ilə “ABŞ və Yaxın Şərq Layihəsi” tərəfindən 15 dekabr 2020-ci il tarixində verilən ortaq açıqlamada ABŞ-ın yeni adminstrasiyasına xüsusi olaraq bu çağırışları ediblər:

- Trampın 2020-ci ilin yanvarında elan etdiyi planı qeyd-şərtsiz rədd etmək;

- Şərqi Qüds də daxil olmaqla, İsrailin ərazi birləşdirmək cəhdlərini tanımamaq, Fələstin Azadlıq Təşkilatı ilə əməkdaşlığa qayıtmaq;

- ABŞ-ın İsraildəki səfirliyindən ayrı olaraq Şərqi Qüdsdəki ABŞ Konsulluğunun yenidən açılması;

- Qəzzaya tətbiq olunan embarqoya son qoymaq üçün cəhdləri artırmaq;

“Qəbul edilən yaşayış yerlərinin genişləndirilməsi” təklifini İsraillə müzakirə etməyi rədd etmək;

- Fələstin rəhbərliyində islahatlar aparılmasını təşviq etmək.

Rusiya beynəlxalq legitimliyi və BMT Təhlükəsizlik Şurasının qərarlarını rəhbər tutaraq Yaxın Şərqdəki sülh siyasətini davam etdirir. Həmçinin, fələstinlilərin sıralarını toplamaq və yenidən birləşmələrinə kömək etmək üçün çalışır. Ancaq getdikcə daha çox siyasətçi və mütəxəssis bildirir ki, Trampın planı ilə problemin iki dövlətli həll yolu vasitəsilə düzəlməsi ehtimalı zəifləyir və sahədəki reallıqlar nəzərə alındıqda 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurmaq artıq mümkün deyil.

İndi mübahisələr tək dövlət modeli üzərindən davam edir, amma məlumdur ki, danışığın heç bir tərəfi İsraili bu fikri qəbul etməyə məcbur edə bilməyəcək. Bəs nə etmək olar? Yaradıcı fikirləri olan bir neçə ərəb mütəxəssisi iki, yoxsa bir dövlət olacağı ilə bağlı gedən mənasız mübahisələri bir kənara qoyub və bunun əvəzinə, fələstinliləri ərəb dünyasındakı tərəfdarları ilə birlikdə öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizə aparmağa çağırır. Onların fikrincə, əgər tərəflər demokratiya uğrunda mübarizə aparsalar, Atlantikanın digər tərəfinin dəstəyini qazanmaq üçün daha çox şans qazanacaqlar. İstənilən halda İsrail və bütün beynəlxalq ictimaiyyət 7,4 milyon fələstinlinin milli hüquqlarını qorumalı və münaqişəni Fələstində yaşayan həm yəhudilərin, həm də ərəblərin xeyrinə həll etməlidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Rusiya Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar