Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bayden və Harrisin eyibi ermənilərlə sıx bağlarının olmasındadır” – Qubad İbadoğlu

“Adətən belə bağlar seçkidə rol oynasa da, ABŞ dərin dövlət idarəçiliyndə əhəmiyyətini itirib”

“Co Bayden bu gündən ABŞ-ın 46-cı prezidenti kimi işə çıxır. Onun administrasiyası ilk gündə ABŞ-da qanuni statusu olmayan 11 milyona yaxın qaçqına vətəndaşlıq üçün 8 illik bir yol xəritəsi təqdim edir, Meksika ilə sərhəddə divarların tikintisini dayandırır, Rusiyaya qarşı daha sərt sanksiyalara, Çinlə iqtisadi və ticari əməkdaşlığı genişləndirməyə hazırlaşır”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu deyib.

ADR Hərəkatının sədri bildirib ki, Bayden Tramp administrasiyasından miras qalmış bir çox problemləri qısa müddətdə həll etmək üçün andiçmə mərasimindən sonra 17 fərman imzalayıb, onlar arasında İslam ölkələrinə viza və mühacirət qadağasının ləğvi də vardır:

“Hazırda demokratların istədiklərini etməyə gücü yetərincədir. Konqres bütövlükdə demokratların nəzarətindədir, onlar nümayəndələr palatasından sonra son seçkilərdə senatda da üstünlük qazanıblar. Yeni prezidentin istədiklərini etməyə siyasi iradəsi də kifayət qədərdir, yeganə fiziki imkanları zəif görsənir, ona görə də Asiya mənşəli xanım vitse-prezident Kamala Harrisdən də gözləntilər çoxdur. Onların hər ikisinin bir böyük eyibi ermənilərlə sıx bağlarının olmasındadır.

Adətən belə bağlar seçkidə rol oynasa da, ABŞ dərin dövlət idarəçiliyndə əhəmiyyətini itirib. İzləyib, görəcəyik ki, bu dəfə də elə olacaq və qonşular həmişəki kimi yenə məyus qalacaqlar”.(Hurriyyet.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar