Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankaranın Cənubi Qafqazdak siyasəti necə pozula bilər?

Dieqo Kapulo

“Al-Monitor”, 20.01.2021

Yanvarın 20-də ABŞ Prezidenti Co Baydenin andiçmə mərasimindən sonra xarici siyasət mütəxəssisləri son illərdə uzun şikayət siyahısı ilə yadda qalan ABŞ-Türkiyə münasibətlərində yenidənqurma gözləyirlər.

Suriya münaqişəsi, Ankaranın 2019-cu ildə Rusiya istehsalı olan “S-400” raket sistemini satın alması və digər məsələlərlə bağlı fikir ayrılığının nəticəsi olaraq, ənənəvi NATO müttəfiqləri arasındakı məsafə artıb və Bayden rəhbərliyi fikir ayrılığı nöqtələrini həll etmək üçün – Ankaranı özündən daha da uzaqlaşdırmadan – həssas bir tarazlıq yaratmalıdır.

Prezident Donald Tramp türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğanla ümumi dil tapsa da, analitiklər Bayden komandasının qarşıdakı aylarda ikitərəfli əlaqələrdə daha sərt bir mövqe tutacağını gözləyirlər.

ABŞ-ın yeni dövlət katibi Antoni Blinken yanvarın 19-da Vaşinqtonda “S-400” alışından sonra Türkiyənin strateji tərəfdaş statusuna şübhəni vurğulayıb. “Sözdə strateji tərəfdaşımızın ən böyük strateji rəqiblərimizdən biri olan Rusiya ilə ortaqlığı fikri qəbuledilməzdir”.

Blinken yeni komandanın ABŞ-ın keçən ay tətbiq etdiyi sanksiyaların təsirlərini qiymətləndirəcəyini söyləyib. “Satınalmaya cavab olaraq tətbiq edilməsi lazım olan daha çox şeyin olub-olmadığını müəyyənləşdirəcəyik”.

Yəni “S-400”-lər ABŞ rəsmiləri üçün narahatlıq nöqtəsi olaraq qalır.

Bir çoxları radar sistemlərinin bölgədəki NATO hərbi texnikasına təhdid olduğunu söyləyib. Vaşinqton İnstitutunun Türkiyə Araşdırmaları Proqramının direktoru Soner Cagaptayın fikrincə, bu məsələ yaxın vaxtlarda həll olunmaz qalacaq.

“Ərdoğanın hazırda bu razılaşmadan uzaqlaşmasının heç bir yolu yoxdur. Kursun dəyişməsi Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə əlaqələrini və Ankaranın Cənubi Qafqazda, habelə türk qüvvələrinin aktiv oduğu Liviya və Suriyakı maraqlarını poza bilər”.

Çaqaptayın sözlərinə görə, Ərdoğan ikitərəfli əlaqələri gücləndirməyə çalışacaq. “Ərdoğan forma dəyişdiricidir. O, ABŞ prezidentlərinin türkiyəli vəzifədaşından görmək istədiyi şəkli alacaq. Bayden üçün o, qlobalist, islahatçı, xilaskar olacaq”.

Bununla belə, dostluq münasibətlərinə aparan yolda bir çox problem var. Tramp administrasiyası Ankaranın Aralıq dənizinin şərqindəki mübahisəli bölgələrdə enerji axtarışı fəaliyyətini qınayıb və Aİ-Türkiyə əlaqələri, ehtimal ki, Vaşinqtonda gələcək siyasi qərarlara təsir göstərəcək. 2016-cı ilin çevriliş cəhdindən sonra baş verən qanunsuzluqlar da. “New York Times”-a 2019-cu ildə verdiyi bir müsahibədə Bayden türk liderini “avtokrat” adlandırıb.

Ankaranın nöqteyi-nəzərindən ABŞ Ərdoğanın uğursuz çevrilişi təşkil etməkdə günahlandırdığı Fətullah Gülənin ekstradisiya tələbini yerinə yetirməyib. Eyni zamanda, ABŞ-ın Suriyada kürd milislərinə verdiyi dəstək onları qanunsuz Kürdüstan Fəhlə Partiyasının qolu olaraq görən Ankarada təhlükəsizlik narahatlığını artırıb.

Baydenin Brett MakQurku ABŞ-ın Yaxın Şərq siyasətinin rəhbəri təyin etməsi (əvvəllər o, Suriyada İŞİD-i məğlub etmək üçün kürd döyüşçüləri ilə əməkdaşlığı dəstəkləyib) türk millət vəkilləri arasında narahatlıq doğurub.

Əlavə olaraq, martın 1-də dövlətə məxsus “Halkbank”-ın ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozması ilə bağlı məhkəmə prosesi başlayacaq və bu, Türkiyə iqtisadiyyatı üçün yeni sanksiyalara səbəb ola bilər.

Amerika Tərəqqi Mərkəzinin milli təhlükəsizlik və beynəlxalq siyasət üzrə direktoru Maks Hoffman son hesabatında ABŞ və Türkiyənin fikir ayrılıqlarını azaltmaq üçün potensial yolları açıqlayıb. O yazıb ki, Birləşmiş Ştatlar “dayandırıla bilməyən eskalator dövrlərini ləngitməyə, çox vaxt emosional mübahisələrə səbəb olanları bürokratlaşdırmağa və ölkələrin qarşılaşdığı bir çox ayrı fikir ayrılıqlarını bölüşməyə” çalışmalıdır.

Hoffman “Al-Monitor”-a bildirib: “ABŞ-ın marağı bir sıra məsələlərdə əməkdaşlıq edə biləcəyi və Türkiyə iqtisadiyyatına ciddi ziyan vuracaq cəza tədbirlərinin irəli sürülmədiyi, sabit, demokratik bir Türkiyədədir”.

O əlavə edib: “Ərdoğanın Qərb və ya imperialist müdaxiləyə müqavimət iddialarına dair kifayət qədər dəlillərimiz var və bu, türk vətəndaşları arasında ABŞ-a qarşı mənfi hissləri gücləndirir”.

Vaşinqtonda yerləşən Yaxın Şərq Demokratiyası Layihəsinin Türkiyə proqramı koordinatoru Merve Tahiroğlunun sözlərinə görə, yeni administrasiyanın ABŞ-da və xaricdə demokratik hüquqlara və qurumlara yenidən vurğu etməsi gözlənilir. “Bayden Türkiyəni ABŞ tərəfdaşı kimi qəbul və mümkün olduğu qədər onunla əməkdaşlıq etmək istəsə də, bu əməkdaşlıq son nəticədə Ərdoğanın Türkiyədə və qonşuluğunda demokratiyaya və insan haqlarına hörmətdən asılı olacaq”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar